Sahib Məmmədovun müavini vəzifədən ayrıldı - AHİK-də kompromat savaşı, yoxsa...

Sahib Məmmədovun müavini vəzifədən ayrıldı - AHİK-də kompromat savaşı, yoxsa...

GÜNDƏM

24.09.2026, 17:47

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri və paralel olaraq Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasnın (AHİK) sədri Sahib Məmmədovun müavini postunu da tutan Qəzənfər Abdullayev vəzifədən ayrılıb.

Mia.az-ın əldə etdiyi məlumata görə, o, öz ərizəsi ilə tutduğu vəzifələrdən ayrılıb.

Məlumata görə, Q.Abdullayev istefa ərizəsini sentyabrın 21-də Bakıya - sədr Sahib Məmmədovun adına göndərib.

Q.Abdullayev vəzifədən getmək istəyini səhhəti ilə əlaqələndirib.

Bu xəbər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından Lent.az-a təsdiqlənib.

Yeri gəlmişkən, istefadan bir qədər əvvəl Q.Abdullayevin əmlakları haqqında AHİK-ə yaxın saytlarda kompromat tipli yazılar tirajlandı. Bu, nədən və niyə baş verdi?

Niyə məhz bu yazıdan az sonra o, ərizə yazdı?

Bununla bağlı araşdırmamız olacaq. 

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR