GENERAL POSTUNDAN UZAQLAŞDIRILDI, POLKOVNİK NAZİR OLDU: o, kimdir? - Kəmaləddin Heydərov Naxçıvana getdi (FOTOLAR)

img

17-01-2023 [15:36]


Naxçıvan Muxtar Respublikasına yeni fövqəladə hallar naziri təyin olunub.

Mia.az xəbər verir ki, müvafiq sərəncamla general-leytenant Şamı Abdullayev Naxçıvanın fövqəladə hallar naziri vəzifəsindən azad edilib.

Polkovnik Şahin Mirzəyev muxtar respublikanın yeni fövqəladə hallar naziri təyin olunub.

Xatırladaq ki, yeni nazir FHN-in Şimal Regional İdarəsinin rəisi olub.

ŞAHİN MİRZƏYEV

Vasif Talıbovla yaxınlığa görə qısa zamanda general rütbəsinə yüksələn Şamı Abdullayevə gəlincə, o, orduda olub, nazir olana qədər Naxçıvanda hərbi korpusunda vəzifə tutub. 

Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yeni naziri kollektivə təqdim edib.

Mia.Az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 12.07.2025

Sabah isti hava olacaq