Prezident gənclərə müraciət edib - MƏTN
GÜNDƏM
05.12.2022, 15:58
Prezident İlham Əliyev Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciətdə deyilir:
"Əziz gənclər!
Sizi – Azərbaycan könüllülərinin V həmrəylik forumunun iştirakçılarını səmimi qəlbdən salamlayır, hamınızı Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir, hər birinizə cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram.
Könüllülük və xeyirxahlıq ənənələri xalqımızın əsrlərin sınağından çıxmış milli-mənəvi dəyərlər sistemində xüsusi yer tutur. Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə ötən əsrin 90-cı illərindən ölkəmizdə vüsət almağa başlayan könüllülük hərəkatı məhz həmin dəyərlər zəminində genişlənərək yeni məna və məzmun kəsb etmişdir.
Vətəndaşın, cəmiyyətin və dövlətin birgə fəaliyyətini təcəssüm etdirən könüllülük bu gün də gənclər siyasətimizin mühüm istiqamətlərindəndir. 2020-ci ilin respublikamızda “Könüllülər ili” elan olunması Azərbaycan dövlətinin könüllülər hərəkatına nə dərəcədə böyük əhəmiyyət verməsinin təzahürüdür.
Ölkəmizdə hazırda sistemli və dinamik inkişaf edən könüllülük hərəkatı mövcuddur. Könüllülərin sosial sahədə, ictimai xidmətlər sektorunda töhfəsi aydın hiss olunur. Onlar cəmiyyətin maraqları naminə təmənnasız fəaliyyət göstərərək müxtəlif mədəni tədbirlərin, idman yarışlarının, ekoloji və sosial aksiyaların, təbliğat və maarifləndirmə kampaniyalarının uğurla keçirilməsində, dövlət xidmətlərinin vətəndaşlara çatdırılmasında yaxından iştirak edirlər. Minlərlə könüllü 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana müqəddəs övladlıq borcunu şərəflə yerinə yetirmişdir.
Müharibədə qazandığımız parlaq Zəfərdən sonra ölkəmiz üçün artıq yeni dövr başlamışdır. Xalqımız müharibə meydanında nümayiş etdirdiyi hünəri azad olunmuş torpaqlarımıza həyatın yenidən qaytarılmasına yönələn genişmiqyaslı abadlıq-quruculuq və bərpa işlərində göstərir. İnanıram ki, siz könüllülər bütün qüvvə və bacarığınızı səfərbər edərək, Böyük Qayıdışın uğurla gerçəkləşdirilməsi prosesində də ön sıralarda dayanacaqsınız. Sizə bu nəcib amal naminə fəaliyyətinizdə nailiyyətlər diləyirəm".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İcra başçıları dəyişir, problemlər qalır: Səbəb nədir?
Bugün, 13:18 GÜNDƏM
-
Aktyorla aparıcının sözü efirdə "çəpləşdi"
Bugün, 13:05 MƏDƏNİYYƏT
-
"Fənərbaxça"nın yeni baş məşqçisi bəlli oldu
Bugün, 12:56 İDMAN
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:37 GÜNDƏM
-
Ərdoğan İlham Əliyev və Azərbaycan xalqını təbrik edib: "Azərbaycana davamlı sülh, firavanlıq və tərəqqi arzulayıram"
Bugün, 12:33 GÜNDƏM
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunacaq?
Bugün, 12:21 CƏMİYYƏT
-
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli “Məhsul bayramı” keçirilib - FOTOLAR
Bugün, 12:12 İQTİSADİYYAT
-
Rövnəq Abdullayevin kərəkəninin əsas pay sahibi olduğu bank... - Yeni təyinat oldu
Bugün, 12:03 İQTİSADİYYAT
-
ABŞ Dövlət katibi: "Pakistan strateji müttəfiqimizdir, ora hücum qəbuledilməzdir"
Bugün, 12:00 DÜNYA
-
"Tam Store" marketlərində alıcılar aldadılıb - Dövlət Agentliyi cərimələdi
Bugün, 11:51 İQTİSADİYYAT
-
İrandan Azərbaycana narkotik keçirmək istəyiblər
Bugün, 11:48 KRİMİNAL
-
"Hörmətli Sahibə xanım bizim sədrimizdir, irad bildirməkdə haqlı idi, cəmiyyət səhv edir. bu işə niyə qarışır axı?" - Aqil Abbas MM-dəki sözünü geri götürdü
Bugün, 11:42 SİYASƏT
-
Arda Gülər "Fənərbaxça"ya yenə pul qazandırdı
Bugün, 11:33 İDMAN
-
İŞSİZLƏRİN KREDİT BORCU BAĞLANACAQ? - Deputat yeni qaydalara şərh verdi
Bugün, 11:28 İQTİSADİYYAT
-
"Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və..." - RƏSMİ XƏBƏRDARLIQ
Bugün, 11:19 GÜNDƏM
-
Türkiyədə saxta dərman mafiyası: xərçəng xəstələri necə aldadılırmış?
Bugün, 11:04 KRİMİNAL
-
Çində "Real Madrid" oyunu bloklanıb
Bugün, 10:44 İDMAN
-
Ərdoğanın oğlu Yaponiyada məsciddə azan oxudu, müəzzin kimi çıxış etdi - FOTO
Bugün, 10:32 SİYASƏT
-
DÜNYA SƏKSƏKƏDƏ: İRANA NÜVƏ BOMBASI ATILACAQ? - Amerikalı jurnalist tarix verdi, bölgəni lərzəyə saldı
Bugün, 10:20 GÜNDƏM
-
İranla sərhəddə gərginlik: silahlı müqavimət göstərən sərhəd pozucusu zərərsizləşdirildi - DSX açıqlama yaydı
Bugün, 10:14 GÜNDƏM
-
Gələn həftə 4 gün qeyri-rəsmi iş günləri olacaq
Bugün, 10:11 GÜNDƏM
-
Türkiyədə həbs olunan baş redaktor ev dustaqlığına buraxıldı
Bugün, 09:57 PRESS
-
SOCAR-da yeni təyinatlar olub
Bugün, 09:53 CƏMİYYƏT
-
Yazıçı Anar: "Nəinki jurnalisti, heç müəllimi, ədəbiyyatçını, fəhləni də döymək lazım deyil"
Bugün, 09:42 CƏMİYYƏT
-
ABŞ-da təyyarə yaşayış məntəqəsinə düşdü - 9 nəfər öldü
Bugün, 09:21 DÜNYA
-
Nuri Şahin: "Ümid edirəm ki, bu, davam edəcək"
Bugün, 09:09 İDMAN
-
Yəməndə toqquşma... - 300 min nəfər evlərindən didərgin düşüb
Bugün, 09:00 DÜNYA
-
RƏSMİ MOSKVADAN ÜÇTƏRƏFLİ GÖRÜŞÜN YERİ BARƏDƏ KİYEVƏ İSMARIC: "Zelenski zəng edərsə, Putin telefona dırhal cavab verəcək"
Bugün, 00:26 GÜNDƏM
-
Zelenski: "Dörd bölgədəki enerji infrastrukturumuz hücuma məruz qalıb"
Bugün, 00:18 GÜNDƏM
-
Ərdoğan Cənubi Koreyaya gedib - 3 günlük
Bugün, 00:12 GÜNDƏM
-
"Amedspor" qarşısıalınmaz komandaya çevrildi - Komanda rəqibini darmadağın etdi
Bugün, 00:07 İDMAN
-
Çempionlar Liqası: "Qalatasaray" - "Ştutqart" matçının hakimi bəlli oldu
Bugün, 00:05 İDMAN
-
"Beşiktaş" yenə xal itirib
Bugün, 00:03 İDMAN
-
Kanada Baş naziri Trampla müzakirə apardı: "Yaxın həftələrdə bu hədəfə doğru çalışağıq"
Bugün, 00:03 DÜNYA