Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
23-09-2022 [00:03]
Qoç - günün ilk yarısı narahatlıq və nigaranlıqla bol olacaq. Səbəblər ciddidir. İşlərin gözləntilərinizə zidd olaraq cərəyan etdiyini görürsünüz. Yaxın ətrafınızdakı insanların mövqelərini nəzərə almayaraq planlarınıza təcili dəyişikliklər edin.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Nəzərdə tutduğunuz işlər alınacaq. Gərəkli sonuclar əldə etmək üçün ifrat səylərə heç bir zərurət yoxdur. Axşam saatlarında şəxsi münasibətlərdə irəliləyişlər olacaq. Sevdiyiniz insana hədiyyə verə bilərsiniz.
Buğa - planlarınızı müəyyənləşdiribsinizsə, yaxşı gündür. Nəzərdə tutduğunuz işləri tələsmədən, bütün nüansları nəzərə alaraq həyata keçirin. Yeni maraqlar və məqsədlər peyda olur. Bilik və bacarıqlarınızı artırın, dünyagörüşünüzü genişləndirin. Adi günlərlə müqayisədə işlər daha çox olsa belə, ruhdan düşməyin. Günün ikinci yarısında qüvvənizi, pulunuzu, enerjinizi məntiqlə sərf edin.
Soyuqqanlı olun. Dostlarla görüş sevindirəcək. Saxtakarlıq etməyə dəyməz. Özünüz olun və hədəflərə çatmaq üçün ciddi şəkildə çalışın.
Əkizlər - həftənin ən ağır və mürəkkəb günlərindən biridir. Həddən artıq ehtiyatlı olun. Hətta ən kiçik səhvlərə yol verməməyə çalışın. Detallara və təfərrüatlara diqqət tələb edən mühüm işləri yerinə yetirəndə sərvaxt davranın.
Günün ikinci yarısında əhəmiyyətli anlaşma və ya layihəni ertələyin. Sənədləşdirmə ilə məşğul olmaq, məmurlarla görüşmək məsləhət deyil.
Yaxınlarınızla münasibətlərin rəvan və harmonik olmasına çalışın. Bir qədər səy göstərsəniz, diskussiya və müzakirələr konstruktiv məcrada cərəyan edəcək. Sərt danışmayın. İncik düşmüşləri barışdırın, kəskin məsələlərlə hövsələli olun.
Mentorluq etməyin.
Xərçəng - günün ilk yarısında sizi maraqlı işlər gözləyir. Ən yaxşı məziyyətlərinizi, bacarıqlarınızı nümayiş etdirin. Yaxın ətrafınızdakı insanlar peşəkarlıq səviyyənizə şübhə etməyəcəklər. Daha təcrübəli insanların məsləhətlərindən yararlanmağa çalışın.
Günün ikinci yarısı təşkilati məsələlərin həlli, inzibati fəaliyyət üçün sərfəlidir. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər olacaq. Hadisələrin inkişaf məcrası sizdən asılıdır. Taktika və strategiyanı yeniləyin. Gələcəklə bağlı planlar qurun.
Axşam saatlarında normal istirahət edin.
Şir - günün ilk yarısı uğurludur. Bu məhsuldar zamanı mühüm və məsuliyyətli işlərə sərf edin. Özünüzlə bahəm, yaxın ətrafınızdakı insanlarla bağlı qərarlar qəbul edə bilərsiniz. Köçə hazırlaşın potensial sifarişçi və ya yaşamınızda önəmli rol oynayacaq insanlarla müzakirələrə başlayın.
Günün ikinci yarısında diqqət mərkəzində olmayın, bir müddət kölgəyə çəkilin. Təmasları məhdudlaşdırın. Ən yaxın insanların yardımlarına bel bağlaya bilərsiniz. Yeni tanışlara isə inanmayın.
Qız - uğurlu gündür. Yaşanacaq hadisələrdə xeyir var. Ətrafınızdakı vurnuxma və qarışıqlığa rəğmən irəliləyişə nail ola bilərsiniz. Sakit olun, soyuqqanlı davranın. Təxribatlara uymayın.
Rəqiblərlə bədxahların məkrli tələsinə düşməyin, fitnəsinə aldanmayın. Yaşamınızda müsbət dəyişikliyə səbəb ola biləcək qərarı təxirə salmayın.
Günün ikinci yarısında ailə üzvləri ilə münasibətləri rəvan və harmonik edin. Dostlarla ünsiyyət sizi sevindirəcək. Yeni tanışlıqlar maraqlı, qeyri-adi olacaq.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - məqsədə aparan yolda qarşınızı müəmmalı sədlər və maneələr kəsməyəcək. Bununla belə, müəyyən çətinliklər istisna deyil. Nə qədər aktiv və enerjili olsanız, bir o qədər yaxşıdır. Tələsik qəbul edilən qərarlar ilk baxışdan normal təsir bağışlaya bilər. Lakin az sonra önəmli nüansları diqqətdən qaçırdığınızı anlayacaqsınız.

Günün ikinci yarısında işgüzar danışıqlarda süst davranmayın. Ailə üzvləri ilə təmaslarda qayğıkeş və səmimi olmağa çalışın.
Axşam saatlarını sevdiyiniz insanlara həsr edin.
Əqrəb - kiçik anlaşılmazlıqlar, problemlər, ixtilaflar istisna deyil. Onların ciddi fəsadları olmasa da, əhvalınızı korlayacaq. Vaxtınızı yaxın ətrafınızdakı düşmən axtarışlarına sərf etməyin. Bir qədər əvvəl qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün var gücünüzlə çalışın.
Günün ikinci yarısı birgə layihələr və əməkdaşlıq üçün sərfəli deyil. Təkbaşına işləyin, müstəqil fəaliyyət göstərin.
Zamanın sınağından keçən əlaqələrə dəyər verin. Yeni tanışlıqlar üçün əlverişli zaman deyil. Romantik görüşlər pis keçməyəcək.
Oxatan - yeni işlərə ehtiyatla başlayın. Nüfuzlu şəxsdən və ya sınanmış müttəfiqdən dəstək almadan yeni layihəyə başlamayın. İşdə həmkarlarla mübahisə etməyin. Rəhbərliklə münasibətləri korlamayın. Yaxın ətrafınızdakı insanlar qərarlarınıza çox tənqidi yanaşırlar.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri artacaq.
Səhhətinizdə problemlər istisna deyil. Problemlər yorğunluq yarada bilər. Yorucu proseslərdən, ağır fiziki işdən imtina edin. Ailə üzvləri ilə təmaslar əhvalınızı yaxşılaşdıracaq.
Oğlaq - günün ilk yarısında görüləsi işlər çoxdur. Həmin işləri bitirin. Amma bilin ki, minnətdarlıq, mükafat və ya ödəniş sonradan ola bilər. Yaşamınızdakı olaylara görə kimsəyə şikaytələnməyin.
Mühüm məsələləri təkbaşına həll etməli olacaqsınız. Yaxınlarınız rifahları ilə bağlı məsələlərin həllini sizə həvalə etmək istəyirlər.
Günün ikinci yarısında yorulacaqsınız. Özünüzü taqətdən salmayın. Müəyyən işləri ertəmələk olar.
Yolda çox vaxt keçirməyin.
Dolça - əvvəllər planlaşdırdığınız işlərin çoxunu günün ilk yarısında reallaşdırmaq mümkündür. Sürətli və qətiyyətli olun. Həmişə məsləhət aldığınız insanların açıqlamalarını bu dəfə gözləməyin. Kiçik itkilər, texnikanın sıradan çıxması mümkündür. Səfər və ya səyahət hesablamalarınızdan artıq vaxt tuta bilər.
Qəfil yaranan anlaşılmazlıq və problemləri dərhal həll edin.
Günün ikinci yarısı bilik və bacarıqların artırılması, informasiya mübadiləsi üçün əlverişlidir. Aldığınız məlumatları təhlil edin.
Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Balıqlar - diqqətli olun. Bu gün yol verəcəyiniz səhvlər və yanlışlıqlar sonradan ciddi fəsadlar yarada bilər. İşgüzar münasibətlər korlanacaq. İşdə rəhbərliyin tələbləri ziddiyyətli, qarışıqdır. Həmkarlarınız ümidlərinizi doğrultmayacaq. Günün ikinci yarısında alış-veriş uğursuz olacaq.
Yaxınlarınızın dəstəyi çox mühümdür. Məhz onların sayəsində ruh düşkünlüyünə qapılmayacaq, yaxşı əhval-ruhiyyədə olacaqsınız. Ev işləri sizi pessimizmdən qurtara bilər. Mənasız və əsassız əndişələrə qapılmayın.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub