Mətbuat Şurasının İcraçı katibi istefa verib

img

22-09-2022 [00:16]


"4 ildir ki, Azərbaycan Mətbuat Şurasının İcraçı katibi vəzifəsində çalışıram. Bacardığım qədər üzərimə düşən vəzifə funksiyalarını ümumi marağa uyğun həyata keçirməyə çalışmışam".

Mia.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının icraçı katibi Şəməsddin Əliyev deyib.

O, fəaliyyəti dövrünə toxunaraq, bildirib ki, Azərbaycan Mətbuat Şurasının VIII qurultayının vaxtı çatıb: "Ali orqan-qurultay 24 sentyabr saat 10:00 da,Beynəlxalq Muğam Mərkəzində öz işinə başlayacaq. Qurultay nümayəndələrinə və seçilən yeni heyətə yeni uğurlar arzulayıram. Mən isə MŞ-nın İcraçı katibi vəzifəsindən istefa verirəm.

Amma MŞ-nın yeni İdarə Heyətinin tərkibində olmağım üçün namizədliyimi irəli sürən və məni seçəcək jurnalistlərə öncədən minnətdarlığımı və təşəkkürlərimi bildirirəm. 4 il yanınızda oldum.Siz də, 24 sentyabrda yanımda olun".


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA