Xalq artisti Səyavuş Aslana məxsus əşyalar muzeyə verilib

img

06-09-2022 [11:03]


Teatr və kino aktyoru, Xalq artisti Səyavuş Aslana məxsus olan üç əşya Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələrin elmi fondu şöbəsinə təqdim edilib.

Muzeydən Mia.az-a verilən məlumata görə, nümunələrdən biri S.Aslanın anadan olmasının 50 illiyi münasibətilə 1985-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə ona verilən Fəxri fərman, digəri isə müstəqillik dövründə Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən verilmiş fəxri nişanlardır.

Digər xəbərlər
SON XƏBƏRLƏR