Ukraynalı nazir müavini savaşın hələ uzun çəkəcəyini deyir: “Rusiya cəbhədə fəlakətlə üzləşib, lakin..."

Ukraynalı nazir müavini savaşın hələ uzun çəkəcəyini deyir: “Rusiya cəbhədə fəlakətlə üzləşib, lakin..."

DÜNYA

16.08.2022, 18:15

“Düşmən cəbhədə fəlakətlə üzləşib. Lakin dayanmaq fikrində deyil”.

Bunu Ukrayna daxili işlər nazirinin müavini Vadim Denisenko deyib: “Rusiya ordusu 3 günə Kiyevə girməyi planlaşdırırdı. Amma onlar hələ də Donetsk vilayətinin inzibati sərhədlərinə çata bilmirlər. Onların döyüşmək imkanlarının olmadığı aydındır. Amma hələ dayanmaq fikirləri yoxdur. Təəssüf ki, biz proseslərin sabah bitəcəyini düşünə bilmərik”.

Denisenkonun fikrincə, müharibənin sonu hələ çox uzaqdadır.

O, hazırda bir çox ərazilərdə şiddətli döyüşlərin getdiyini söyləyib/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR