XİN sözçüsündən ermənilərin Laçında meşə və evlərə od vurmalarına etiraz: "Sülhə belə hazırlaşırlar?”

img

16-08-2022 [14:23]


Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü ermənilərin Laçın şəhəri, Zabux və Sus kəndlərində meşə və evləri yandırmalarına reaksiya verib.

Mia.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Leyla Abdullayeva tviter-də paylaşım edib: 

“Görün, Laçın şəhəri, Zabux və Sus kəndlərində qanunsuz erməni köçkünləri ərazini tərk edərkən ətrafda nələr qalır? Evlər dağıdılır, yandırlır. Meşələr yanır, flora və faunaya ciddi ziyan dəyir, infrastruktur obyektləri dağılır. Ermənistan sülhə belə hazırlaşır?!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA