Ukraynada Rusiyanın casusu saxlanılıb - Həkim imiş...

img

15-08-2022 [11:56]


Ukraynada Rusiyanın xüsusi xidmət orqanlarına casusluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə ölkənin Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd olunub ki, saxlanılan şəxs Odessa vilayətində həkim vəzifəsində fəaliyyət göstərib.

Onun Ukrayna Silahlı Qüvvələrinin mövqeləri və hərbi obyektləri barədə qarşı tərəfə məlumat ötürdüyü aşkarlanıb.

Onun barəsində Cinayət Məcəlləsinin 111-ci (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA