Vəzifə arzusunda olmaq, yaxud təyin olunmaqla bərabər, həm də ona layiq olmaq lazımdır - Vahid Tağıyev yazır
17-07-2022 [17:42]
Vahid TAĞIYEV
***
Düşünürəm ki, kimlər üçün ümumi sözlər kimi səslənsə də, rəhbər vəzifəyə təyin edilən, yaxud bu arzuda olan insanlar, ilk növbədə, özləri analiz, təhlil etmək qabiliyyətinə, mədəniyyətə malik olmalıdır ki, o bu işə layiqdirmi, bu sahədə cəmiyyətə faydalı ola biləcəkmi?
Bu, nə qədər mücərrəd, pafoslu kimi səslənsə də, məncə, bir çox problemlərin həlli üçün əsasdır, vacibdir.
Nə üçün insanlar vəzifəyə bu qədər çox can atırlar? Hətta nə olur olsun, ən azı bir qurum, təşkilat, yaxud komissiyada rəhbər olsun, səlahiyyətləri olsun və s.
Əgər rəhbərlik etmək istəyən daha yaxşı bacarıq, təşkilatçılıqla keyfiyyətli nəticələrə, vətəndaş məmnunluğuna nail olmaq istəyirsə, bu, yalnız təqdirəlayiqdir. Ancaq əsas məsələ odur ki, iddialı olanların nə qədəri belə düşünür, yaxud bu kimi dəyərlərə malikdir?
Bu mövzu aktual olduğu qədər də həssasdır. Bilirəm ki, baxışlar, yanaşmalar da müxtəlifdir. Hətta bu barədə danışana xoş münasibət göstərənin az olması cəmiyyətin inamsızlıq problemidir. Şəxsi mənafe, marağını hər şeydən üstün tutanlar üçün nələrsə deməyin bir əhəmiyyəti, anlamı varmı?...
Ancaq həyat mübarizədir, gələcəyimiz, amallar uğrunda əzmkarlıq mütləq və qaçılmazdir!
Kadrların düzgün seçilib yerləşdirilməsi və rəhbər vəzifələrə gətirilməsi sahəsində ölkə səviyyəsində düşünülmüş mexanizm tətbiq olunur və bunun geriyə dönməzliyi göz qabağındadır. Cəza tədbirləri ilə bərabər bir çox sahələrdə vəzifə tutmaq üçün məsuliyyətin artırılması, müvafiq imtahan, müsahibələr tətbiq olunmasının şahidiyik. Yəni bunlar yüksək səviyyədə idarəetmə orqanları tərəfindən aparılır və kifayət qədər effektivliyi də müşahidə edilir.
Narahatlıq ondadır ki, aşağı səviyyədə - yerli idarəetmə strukturlarında heç bir parametr üzrə uyğun olmayan adamların öz səviyyəsini görmədən, məsuliyyətini anlamadan müxtəlif vasitələrlə vəzifəyə can atması tendensiyası davam edir. Orta səviyyədə bir idarəyə rəhbərlik etmək az qala orada işləyənlərin hər birinin könlündən keçir. Halbuki çoxu həmin sistemdə icra etdiyi ştatın tələblərini icra edə bilmir.
Bəlkə bunun səbəbini ictimai şüurda kök salmış vərdişlərdə, streotiplərdə axtarmaq lazımdır.
Məsələn:
- Uzun illər ərzində çox hallarda tutduğu sahəyə uyğun şəxsi keyfiyyəti, bacarıqları olmayanların vəzifələrə irəli çəkilməsi digərlərində də fikir formalaşdırıb ki, istənilən adam rəhbər ola bilər;
- Sovet dövründən qalma, daha çox pul əldə etməyin əsas yollarından biri vəzifəyə sahib olmaqdır kimi yanaşmanın hələ də aradan tam qalxmaması. İllərlə davam edən belə halların düşüncə tərzindəki fəsadları;
- Şəxsi maraqlarını ümumi mənafedən üstün tutanların zamanla rəhbər vəzifəyə gətirilməsi insani, mənəvi dəyərləri, prinsip və xarakterik keyfiyyətləri kölgədə qoymuşdur;
- İş yerlərində hər bir işçi üçün hesabatlılıq, nəticəyə görə cavabdehlik, məsuliyyətin müəyyən edilməsi kimi məsələlərin dəqiq təhlillərinin lazımınca aparılmaması fərdlərin öz imkan, qabiliyyətini dərg etməməsinə və fəaliyyəti barədə düşünməməsinə səbəb olub. Tənqidi və yaradıcı düşünmə, özünü dəyərləndirmə prosesi kütləvilik qazanmayıb və s.
Düşünürəm ki, böyük amallar naminə arzuedilən nəticələr onda daha effektli və faydalı olar ki, rəhbər vəzifə arzusunda olanlar öz bacarıq, imkanlarını obyekt qiymətləndirə bilsin, tutmaq istədiyi vəzifəyə layiq olduğuna, fayda verəcəyinə əmin olsun. Bundan ötrü isə hər bir şəxs ali dəyərlərə, vətəninə şərəflə xidmət etmək məsləkinə sahib, peşəkarlığı, vəzifəsi ilə ümumi inkişafa xidmət etmək bacarığına, düşüncəsinə və mədəniyyətinə malik olmalıdır.
Maddiyyat hərisliyi konkret məqsədlidir və tükənəndir. Ancaq faydalı olmaq, inkişafa xidmət etmək vətəndaşlıq missiyasına çevrildikdə bu, tükənməyən, əbədi bir məhəbbətdir. Belə insanların iş fəaliyyəti yaradıcı, əməlləri, şəxsi həyatı da mənalı və gözəl olur. Bunlar daha çox insanın həyat tərzinə çevrildikcə biz daha güclü və qüdrətli oluruq və olacağıq. Belə nümunələr isə tədricən də olsa, daim artmaqdadır.
Bu baxımdan başqa sahələrdə olduğu kimi təhsil sahəsində də örnək olan çoxlu nümunələr göstərmək olar. Bütövlükdə bunlar çox uğurlu bir tendensiya, həm də ölkəmizdə aparılan məqsədyönlü, uğurlu işlərin nəticəsidir.
Mia.az
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb
"Qəssam tuqayları": "İsrailin nəzarət postunu vurduq" - Bölgənin böyük hissəsində internet və rabitə yenə kəsilib
Türkiyə super liqası: ilk 5-lik və 1-ci liqaya yuvarlanacaq komandalar.. - Proqnoz verildi
"Qalatasaray"ın qapçısı yığma komanda ilə vidalaşdı