Rusiyanın hava hücumundan müdafiə sistemi öz-özünü vurub - VİDEO

Rusiyanın hava hücumundan müdafiə sistemi öz-özünü vurub - VİDEO

DÜNYA

24.06.2022, 16:43

Rusiya Silahlı Qüvvələrinə məxsus hava hücumundan müdafiə sistemi texniki xəta nəticəsində öz-özünü vurub.

Ukrayna KİV-ləri xəbər verir ki, hadisə Ukraynanın Luqansk vilayətinin işğal altındakı Alçevsk şəhərində qeydə alınıb.

Videodan göründüyü kimi, havaya buraxılan raket müəyyən müddət sonra trayektoriyasını dəyişərək müdafiə sisteminin özünü vurub.

Xatırladaq ki, müharibənin ötən 4 ayı ərzində Rusiya Silahlı Qüvvələri 100-ə yaxın hava hücumundan müdafiə sistemi itirib/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR