Prezidentin köməkçisi ABŞ-da: Hikmət Hacıyev Türkiyənin Vaşinqtondakı səfiri ilə müzakirə aparıb (FOTO)

img

07-06-2022 [09:17]


Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcanla görüşüb.

Türkiyənin Vaşinqtondakı Səfirliyindən Mia.az-a bildirilib ki, tərəflər Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərini bir daha təsdiqləyiblər və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Xəzər İbrahim də iştirak edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR