Azərbaycan və Moldova arasında diplomatik münasibətlərin qurulmasının ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
27-05-2022 [15:49]
Ölkəmizin Müstəqillik Günü, Azərbaycan və Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi Moldovada qeyd edilib
Azərbaycan Respublikasının Moldova Respublikasındakı Səfirliyinin Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, 2022-ci ilin 26 may tarixində ölkəmizin Moldovadakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycanın Müstəqillik Günü, eləcə də Azərbaycan və Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr edilmiş 500 nəfərlik rəsmi ziyafət keçirilib.
Ziyafətdə Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu, nazirlər, deputatlar, ölkənin ictimai-siyasi xadimləri, Moldovada akkreditə olunmuş ABŞ, Böyük Britaniya, Türkiyə, Avstriya, Polşa, Latviya, Slovakiya, Ukrayna, Gürcüstan Belorusiya, Qazaxıstan səfirləri və diplomatik korpusun digər üzvləri, Moldovada yaşayan icmaların rəhbər və nümayəndələri, yerli KİV rəhbərləri və əməkdaşları, yerli və xarici tələbələr, eləcə də həmvətənlərimiz iştirak edib.
İlk növbədə, ziyafətdə Azərbaycan Respublikasının və Moldova Respublikasının Dövlət himnləri səsləndirilib.
Daha sonra, giriş nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov qonaqları salamlayaraq Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verərək dövlət quruculuğunda görülmüş mühüm işlərdən bəhs edib. Səfir bildirib ki, Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, dövlətimizin tarixində dərin iz buraxdı və illər sonra Ulu öndər Heydər Əliyevin xalqın çağırışı ilə hakimiyyətə gəlməsilə dövlətçilik ənənələrimiz daha da möhkəmləndirildi, ölkəmizdə sabitlik təmin edildi və bütün sahələrdə ciddi islahatlar aparıldı, Azərbaycan inkişaf yoluna qədəm qoydu. Ümummilli liderin siyasətini bu gün onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin layiqincə davam etdirdiyini qeyd edən səfir çıxışının davamında Şanlı Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra hazırda bölgədə sürətli bərpa və quruculuq işlərinin aparıldığını, bu işlərdə xalqımızı dost ölkələrin dəstəklədiyini, Moldovanın da belə ölkələr sırasında olduğunu bildirib. Səfir Q.Osmanov bu il Azərbaycan-Moldova arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edildiyini, Azərbaycan ilə Moldovanı uzun illər əməkdaşlıq, dostluq və qardaşlıq münasibətləri bağladığını dilə gətirib, əlaqələrimizin bundan sonra da inkişaf edərək möhkəmlənəcəyinə əminliyini bildirib.
Öz növbəsində, Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu çıxış edərək ilk öncə bütün azərbaycanlıları əlamətdar gün - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik edib. Parlament sədri bir neçə gündən sonra ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyini, bu yubileyin uzun illər boyu davam edən dostluq və qardaşlıq münasibətlərimiz üçün mühüm tarixi hadisə olduğunu vurğulayıb. O qeyd edib ki, hazırkı mərhələdə əlaqələrimiz yüksək səviyyədədir, bu istiqamətdə işlər davam etdirilərək qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün bundan sonra da birgə səylər gücləndiriləcək. İ.Qrosu iki ölkə arasında ticarət dövriyyənin artırılmasının əhəmiyyətini qeyd edərək, əsasən enerji sahəsində, eləcə də səramyə qoyuluşu ilə bağlı əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu bildirib. Moldovalı sədr pandemiya ilə mübarizə zamanı humanitar yardıma, eləcə də regionun çətin və gərgin zamanında göstərdiyi böyük dəstəyə görə dost Azərbaycana təşəkkür edib. İ.Qrosu ölkələrimizin ərazi bütövlüyü məsələsində həmişə bir-birini dəstəkləyini ziyafət iştirakçılarının diqqətinə çatdırıb. Moldovalı sədr bu il Azərbaycana səfəri ilə bağlı xoş təəssüratlarını bölüşərək Şuşaya səfəri zamanı şahidi olduğu bərpa və quruculuq işlərindən təsirləndiyini bildirib. Sonda sədr bütün azərbaycanlıları təbrik edərək sülh, firavanlıq və uğurlar arzulayıb.
Çıxışlardan sonra Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunan poçt markasının təntənəli təqdimatı olub.
Eyni zamanda, ziyafət çərçivəsində ölkəmizin Müstəqillik Günü, habelə iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş foto-şəkillərdən ibarət sərgi təşkil edilib.
Tədbir klassik və milli musiqi proqramı ilə davam edib, sonda qonaqlara milli mətbəximizə məxsus təamlar və şirniyyatlar təqdim edilib.
Ziyafət və sərgi Moldova KİV-də rumın və rus dillərində geniş işıqlandırılıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XAMENEİNİN KÜRƏKƏNİ VƏ GƏLİNİ ÖLDÜ, ÖZÜ YAŞAYIRMI? - Netanyahu "İqamətgahını dağıtdıq, o..." deyir
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
RƏSMİ BAKI İRANA HÜCUMLA BAĞLI BƏYANAT VERDİ
İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)
Ramazanın 11-ci gününün duası: imsak və iftar vaxtı
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
ABŞ və İSRAİLİN İRANA HÜCUM DAVAM EDİR - Dini liderin ofisi də vurulub (AÇIQLAMALAR)
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı