AFFA bu klubları cərimələyib

AFFA bu klubları cərimələyib

İDMAN

13.05.2022, 16:55

AFFA İntizam Komitəsi "Qəbələ" və "Neftçi" klublarını cərimələyib.

Mia.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, buna iki komanda arasında Qəbələdə baş tutan XXVI tur matçında azarkeşlərin davranışları səbəb olub.

Hər iki tərəfin fanatları kütləvi şəkildə təhqiramiz ifadələr işlətdikləri üçün klublarını ayrı-ayrılıqda 4 000 manat ziyana salıblar. Bundan başqa, qonaq komandanın azarkeşləri meydana pirotexniki vasitə atdıqları üçün paytaxt təmsilçisi daha 1 600 manat cərimə olunub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR