Vilayət Eyvazov mətbuat xidmətinin işçisinə yüksək vəzifə verdi - FOTO 

img

26-04-2022 [09:49]


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni kadr təyinatı olub.

Məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov həmin Xidmətin bölmə rəisi vəzifəsinə təyin edilib.

Qurumun Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR