Vüqar Rəhimzadə: "Sivil dünya nəhayət, ermənilərin soyqırımı törədən vəhşi toplum olduqlarını qəbul etməlidir"
24-04-2022 [13:30]
“Ermənilərin tarixin ayrı-ayrı mərhələlərində öz himayədarlarının dəstəyi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirmələri artıq danılmaz faktdır. Baxmayaraq ki, dünyanın bəzi dövlətləri və bəzi nüfuzlu beynəlxalq təşkilatları bu reallıqlara göz yumaraq, illərdir Ermənistana dəstək missiyasını yerinə yetirirlər, amma unudulan bu məqamdır ki, onlar tarixin saxtalaşdırılmasına dəstək verməklə yalnız və yalnız etimadsızlığın, ədalət və beynəlxalq hüquq anlayışlarının yoxluğu barədə təsəvvürlərin yaranmasına nail ola bilərlər. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bütün həqiqətlərin ortaya qoyulmasına yardımçı olmaqla yanaşı, bir daha təsdiqlədi ki, ədalət və beynəlxalq hüquq unudulmur. Sadəcə, onların tətbiqinə nail olmaq üçün real həqiqətlərə, tarixi faktlara əsaslanan siyasət həyata keçirmək və ikili standartlara son qoyulması tələb olunur. Daim bəzi dünya dövlətlərinin və bəzi beynəlxalq təşkilatların həqiqətdən uzaq, ikili standartlara əsaslanan siyasəti ilə üzləşən Azərbaycan heç vaxt ruhdan düşməyərək bu qərəzli yanaşmanın yaratdığı problemləri aradan qaldırmağa çalışıb və 44 günlük İkinci Qarabağ müharibəsində buna nail olub. 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayaraq yazdığı saxta tarixlə özünü haqlı tərəf kimi göstərməyə çalışan Ermənistan artıq bu reallığı qəbul edir ki, yalanla irəli getmək mümkünsüzdür. Tarix gec-tez ədalətin bərpasına yardımçı olur. Vətən müharibəsində dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın birliyi, tarixi həqiqətlər möhtəşəm Zəfərimizi təmin etdi. Azərbaycan ilk gündən qardaş Türkiyənin mənəvi və siyasi dəstəyini gördü və bundan böyük güc aldı. Bu birlik hər zaman dünyaya ədalətsizliklərə son qoymaq çağırışlarını, bütün münaqişəli məsələlərin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini bəyan edib. Azərbaycan və Türkiyə ermənilərin əsassız iddialarına qarşı illərdir mübarizə aparır, dünyaya bu çağırışı edirlər ki, ikili standartlara əsaslanan siyasətə son qoyub hadisələrə ədalət meyarını əsas götürməklə dəyər verilməlidir.
Məlum olduğu kimi, hər ilin aprel ayında ermənilər daha da fəallaşaraq hüquqi əsası olmayan saxta təbliğatla beynəlxalq ictimaiyyətin diqqətini özlərinin əsassız, qondarma “soyqırımı” iddialarına yönəltməyə çalışır, məkrli kampaniyalarını həyasızcasına davam etdirirlər. Aprelin 24-nü özləri üçün bir tarix seçərək qondarma “erməni soyqırımı” məsələsini qabartmaqla bundan qardaş Türkiyəyə və Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə etməyə çalışdıqlarını açıq-aşkar büruzə verirlər.
Əvvəldə də qeyd etdiyim kimi, artıq bu yalanların ayaq tutub yeriyə bilmədiyi, necə deyərlər, “daşdan keçən” tarixi faktların dil açıb danışdığı bir mərhələdəyik. Türkiyə tərəfi israrla qondarma “erməni soyqırımı” ilə bağlı dünyanın bütün arxivlərinin açılması, tarixçilərdən ibarət erməni-türk komissiyasının yaradılması təklifini irəli sürdüyü halda, əlində heç bir dəlil-sübut olmayan Ermənistan rəhbərliyi hər dəfə bu məsələ ilə tarixçilərin deyil, siyasətçilərin məşğul olmalı olduğunu iddia etməklə belə bir addımın atılmasından yayınır. Bu, tarixi faktlar qarşısında açizlik deyilmi?”.
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünya ermənilərinin cidd-cəhdlə hazırlaşdıqları “erməni soyqırımının 100 illiyi” günündə - 2015-ci ilin 24 aprelində Türkiyənin Çanaqqala Zəfərinin 100 illiyinin beynəlxalq səviyyədə keçirilməsi barədə qərarını, Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarı dəstəkləməsini və xalqımızın adından türkiyəli həmkarına təşəkkür etməsini xatırladaraq bildirib ki, Ermənistanın yalanlarına qarşı iki dost və qardaş ölkənin apardığı birgə mübarizə daim dünyanın diqqətində olub: “Bu birlik bölgədə sülhün, təhlükəsizliyin qarantı kimi dəyərləndirilir. “Erməni soyqırımı” məsələsindən Türkiyənin Avropa Birliyinə üzvlüyünə daxil olması prosesində bir təzyiq vasitəsi kimi bəhrələnməyə çalışan bəzi dünya gücləri belə yalanları həqiqət kimi qəbul etməkdənsə, qondarma “erməni soyqırımı” iddialarına ən tutarlı cavab olan ermənilərin 1992-ci ilin fevralında Xocalıda törətdikləri misli görünməmiş faciəni soyqırımı kimi tanıyıb, erməni faşizmini tamamilə məhv etməyə dəstəklərini göstərsin, ermənilərin “soyqırımına məruz qalan” deyil, məhz soyqırımı törədən bir vəhşi toplum olduqlarını qəbul etsinlər.”
YAP Xətai rayon təşkilatının sədri dünyanın böyük dövlətlərindən, ən əsası BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Fransanın heç bir araşdırma aparmadan qondarma “erməni soyqırımı”nı qəbul etməsinə və digər dövlətlərdən də bunu tələb etməsinə diqqəti yönəldərək belə yanaşmaların hansı problemlərə, faciələrə gətirib çıxardığını açıqlayıb: “Fransa Senatı qondarma “erməni soyqırımı”nı tanımayanlara qarşı cəzanın tətbiq olunması ilə bağlı layihəni də müzakirəyə çıxardı. Təbii ki, bu iki dövləti soyqırımı məsələsində bir araya gətirən, bir-birlərinə dəstək verməyə sövq edən amillər var və bu, tarixi faktlarda öz əksini tapıb. Əgər dünyaya ədalət, beynəlxalq hüquq “dərsi” keçməyə çalışan bir dövlət tarixi araşdırma aparmadan, yalnız maraqlara əsaslanaraq məsələyə münasibət bildirirsə, artıq geniş şərhə ehtiyac qalmır. Bu məqamı qeyd etmək yerinə düşər ki, Fransa Prezidenti Makron Ukraynanın Buça şəhərində baş vermiş faciəni “soyqırımı” adlandırmaqdan imtina edib və bildirib ki, soyqırımı faktına siyasətçilər yox, hüquqşünaslar qiymət verməlidirlər. Ermənilərə dəstək missiyasını yerinə yetirən Fransa Prezidenti bu yanaşmasına söykənərək dəstəklədiyi dövlətdən də bunu tələb edə bilər ki, 100 il əvvəl Osmanlı Türkiyəsində baş vermiş hadisələrə də yalnız tarixçilər qiymət verməlidirlər.”
Vüqar Rəhimzadə vurğulayıb ki, ermənilərin “soyqırımı” mifindən yeri gəldi-gəlmədi istifadə, manipulyasiya etmək cəhdləri artıq çoxlarını bezdirib: “Uzun illər əsas diqqət ABŞ Prezidentinin “erməni soyqırımı” sözünü işlədib-işlətməyəcəyinə yönəldilirdi. Ötən il ABŞ Prezidenti Co Bayden haqsızlıq edərək “soyqırımı” ifadəsini dilə gətirdi. Bundan Ermənistan nə qazandı? Nə dəyişdi? Artıq bu mövzu ətrafında ajiotaj yaratmaq Ermənistan üçün çətinləşib. Qeyd etdiyimiz kimi, bu gün dünyada yalana əsaslanan təbliğat deyil, real həqiqətlərə, tarixi faktlara söykənən siyasət qalib gəlir. Dövlət başçısı İlham Əliyevin hər zaman Azərbaycan-Türkiyə birliyinin, həmrəyliyinin, qardaşlığının sarsılmazlığı fonunda səsləndirdiyi “Bir millətin iki diasporu ola bilməz” çağırışı Azərbaycan və Türkiyə diaspor təşkilatlarının daim birgə fəaliyyətinin bələdçisi olub. Ölkə Prezidenti bu hədəfi də açıqlayır ki, biz müdafiədə deyil, daim hücumda olmalıyıq. Bütün türk dünyasına birlik çağırışı dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əsas tərkib hissəsidir. Ümumtürk birliyinə yönəlmiş təxribatçı əməllərini davam etdirən bədnam erməni lobbisinə qarşı əks-hücumun təşkilini türk dövlətləri diaspor təşkilatlarının ümdə vəzifəsidir.”
YAP Xətai rayon təşkilatının sədri diqqəti 44 günlük İkinci Qarabağ müharibəsi dövründə müxtəlif dövlətləri təmsil edən televiziya kanallarının, digər mətbu orqanların qərəz dolu, tarixdən və hüquqdan xəbərsizlikləri, ən əsası Ermənistana meyllikləri fonunda ortaya çıxan suallarını diplomatik şəkildə, səbir və təmkinlə, tarixi faktların dili ilə cavablandıran dövlətimizin başçısı İlham Əliyevin keçdiyi tarix və hüquq dərslərinə yönəldərək bildirib ki, qalib gələn ədalətdir: “Azərbaycan nəinki döyüş meydanında, informasiya cəbhəsində də üstünlüyünü bir daha təsdiqlədi. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsində jurnalistin “Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cavabı hər bir azərbaycanlını qürurlandırdı, torpaqlarımızın tezliklə azad ediləcəyinə, ədalətin bərpa olunacağına inamı daha da artırdı. Dövlət başçısının “Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir” söyləyərək dünyaya mesajlarını ünvanladı, 28 ildə kağız üzərində qalan qətnamələrin icra olunmamasından narazılığını bildirdi.
Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, saxta, əsası olmayan “erməni soyqırımı”nın təbliği, dəstəklənməsi də dünyanın aparıcı dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasətinin nəticəsidir: “Bu məsələdə də ədalətin bərpa olunacağı gün uzaqda deyil. Dünyaya səs salan və nümunə göstərilən Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi bu məsələnin də birdəfəlik öz ədalətli həllini tapacağına böyük əminlik yaradır. Dövlət başçısı İlham Əliyevin postmüharibə dövrünün reallıqları fonunda səsləndirdiyi “Ermənistanın inkişafı onun özündən asılı olacaq, Ermənistanın qonşu ölkələrə olan münasibətindən asılı olacaq. Çünki indi hər kəsə aydındır ki, Azərbaycanla və Türkiyə ilə əlaqələri normallaşdırmadan Ermənistan inkişaf edə bilməz” bəyanatı özündə bütün məqamları, hədəfləri ehtiva edir.”
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
XAMENEİNİN KÜRƏKƏNİ VƏ GƏLİNİ ÖLDÜ, ÖZÜ YAŞAYIRMI? - Netanyahu "İqamətgahını dağıtdıq, o..." deyir
Şamaxı-Ağsu sərhədində zəlzələ olub
RƏSMİ BAKI İRANA HÜCUMLA BAĞLI BƏYANAT VERDİ
İranda məktəb vurulub - 160 şagird ölüb (Yenilənib)
Ramazanın 11-ci gününün duası: imsak və iftar vaxtı
Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib
ABŞ və İSRAİLİN İRANA HÜCUM DAVAM EDİR - Dini liderin ofisi də vurulub (AÇIQLAMALAR)
"Sanki bizim irəli getməyimizi istəmirlər, ayağımızdan tutub aşağı salırlar" - "Neftçi"nin baş məşqçisi elə sözlər dedi ki... (VİDEO)
İran XİN başçısı: "Güclü silahlı qüvvələrimiz düşmənə haqq etdikləri dərsi verəcək"
AAYDA-dan daha bir xəbər - Baş nazirin birinci müavini və Saleh Məmmədovla qonşu olan rəis haqqında şok iddialar yayıldı
İran ABŞ-ın Qətərdəki RLS-sistemi məhv edib
Rusiya prezidentinin təltif etdiyi həmyerlimiz... - Səyyad Əliyev kimdir? (FOTOLAR)
"Şamaxı" "Neftçi" oyunu: matç 4 qolla bitdi - Bakı komandasının oyunçusu zədələndi (VİDEOLAR, YENİLƏNİR)
"Şamaxı" - "Neftçi" oyununda meydanı duman basdı - VİDEO, FOTO
"Şamaxı"nın azarkeş xanımlarından proqnoz - VİDEO
İRAN 6 ÖLKƏDƏ ABŞ BAZALARINI VURDU: "Heç bir qırmızı cizgimiz yoxdur, hər bir hədəf..."
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırıb
Sabah hava necə olacaq? - Proqnoz
Azərbaycan XİN-dən İsrailə səfər edən vətəndaşlara - Xəbərdarlıq
Rəsmi Bakı İrandakı vətəndaşlarımıza xəbərdarlıq etdi - Əlaqə məlumatları paylaşıldı
Gəncədə uşaq bağçasının dam örtüyü uçub
Azərbaycanda yeni "xidmət": "Qurbağalar dalaşanda ayırırıq" - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türk Hava Yolları: "İrana uçuşlar ləğv edilməyib"
MAQATE: "İranın uran ehtiyatının həcmini yoxlaya bilmədik"
Trampdan İranla danışıqlar barədə açıqlama: "Bəzən hərbi gücdən istifadə etməlisən..."
Ramazanın 10-cu gününün duası: imsak və iftar vaxtı
Türk futbolunda qumar - Mert Hakan Yandaş və Ersen Dikmenə qarşı ittiham irəli sürüldü
Samir Nuriyev COP32-nin Prezidenti ilə görüşüb - FOTOLAR
BDU tələbələrini şantaj edən şəxs saxlanıldı - DİN açıqlama yaydı (FOTO, Yenilənib)
BU ÖLKƏLƏRƏ SƏFİR VƏ KONSUL TƏYİN EDLDİ - Sərəncamlar (Yenilənib)
Prezident İlham Əliyev fərman imzaladı
Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
Azercell-in “TikTok” səhifəsi rəsmi təsdiq nişanı əldə edib
Prezident sərəncam imzalayıb - Sosial şəbəkələrlə bağlı
Arif Həşimov: "Rəyasət Heyətinin ləğvi məsələsi mövcud deyil”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
UEFA Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atıldı