Toivo Klaarın Hikmət Hacıyev və Armen Qriqoryanla telefon danışığı olub

img

12-04-2022 [19:08]


Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistan rəsmiləri ilə telefon danışığı aparıb.

Mia.az xəbər verir ki, Toivo Klaar bu barədə tviterdə bildirib.

O, dünən və bu gün Azərbaycanla Ermənistanın xarici işlər nazirləri, eləcə də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla yaxşı müzakirələr apardığını vurğulayıb: “Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında təması tam dəstəkləyir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
11:57 29.12.2025

Hərbçi qəzada ölüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA