Xələf Xələfova medal verildi

img

12-04-2022 [12:04]


Qazaxıstanın Bakıdakı səfiri Serjan Abdıkarimov Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Qazaxıstan səfirliyi məlumat yayıb.

Səfir Prezident Kasım-Jomart Tokayevin adından Qazaxıstan-Azərbaycan münasibətlərin inkişafında verdiyi mühüm töhfələrə görə ona "Qazaxıstan Respublikasının Müstəqilliyinin 30 illiyi" yubiley medalını təqdim edib. 

Diplomatlar ikitərəfli əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi məsələlərini, o cümlədən, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar müxtəlif tədbirlərin hazırlanması və keçirilməsini müzakirə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR