Ceyhun Bayramovla Lavrov telefonda danışdı: bölgədəki vəziyyət və anlaşmalar müzakirə olunub

img

08-04-2022 [19:17]


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya xarici işlər naziri Serqey Lavrov arasında telefon danışığı baş tutub.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, tərəflər bölgədə mövcud olan cari vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə geniş fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR