XİN sözçüsü: "Qonşu dövlətlərlə əməkdaşlığın inkişaf etdirilməsi bizim üçün prioritetdir”

img

08-04-2022 [16:53]


Azərbaycan xarici siyasətində qonşu dövlətlərlə münasibətləri inkişaf etdirmək prioritetdir.

MİA.AZ xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, bu günə kimi Azərbaycanın bütün qonşu ölkələrlə münasibətlərimiz inkişaf edib, Ermənistan istisnadır ki, bunun da səbəbi bəllidir: “Amma münaqişə başa çatandan sonra Azərbaycan həmin qonşu ölkə ilə də münasibətlərin normallaşması üçün bəyanatlar verib və bu istiqamətdə müəyyən addımlar atılır. Qonşu dövlətlərlə münasibətlərin və əməkdaşlığın inkişaf etdirilməsi bizim üçün prioritetdir”.

XİN rəsmisi diqqətə çatdırıb ki, Azərbaycan “Şərq Tərəfdaşlığı”na üzv yeganə ölkəsidir ki, Aİ-nin 9 ölkəsi ilə strateji əməkdaşlıq qurur.

Leyla Abdullayeva qeyd edib ki, son zamanlar Azərbaycanın Latın Amerikası ölkələri ilə münasibətləri intensivləşdirməsi müşahidə olunur.


Digər xəbərlər
SON XƏBƏRLƏR