LAVROV ERMƏNİ NAZİRLƏ BRİFİNQDƏ: "Üçtərəfli işçi qrupun növbəti iclası bu ay baş tutacaq" 

img

08-04-2022 [16:19]


Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinlərinin həmsədr olduqları üçtərəfli işçi qrupun növbəti iclası bu ay baş tutacaq.

Mia.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan XİN başçısı Ararat Mirzoyanla birgə baş tutan mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün lazım olan şəraitin yaradılmasına kömək etməyə hazırdır: “Biz ümid edirik ki, tərəflər arasında sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiya tezliklə yaradılacaq”.

Mia.az-ın məlumatına görə, Lavrov ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransanən bu format çərçivəsində Rusiya ilə əlaqə saxlamaqdan imtina etdiyini də deyir: “ATƏT-in Minsk qrupu üçlüyünün gələcək taleyinin necə olacağını deyə bilmərəm. Çünki rusofobiyanın təsiri altında olan amerikalı və fransalı tərəfdaşlarımız Rusiya ilə təmasları ləğv etməyə can ataraq, ATƏT-in Minsk qrupunu ləğv ediblər. Bu format çərçivəsində bizimlə əlaqə saxlamaqdan imtina ediblər”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR