Lavrov erməni nazirlə bir arada: "Ermənistana müdafiə gücünü artırmağa dəstək verəcəyik"

img

08-04-2022 [14:34]


Rusiya Ermənistana müdafiə qabiliyyətinin gücləndirmək üçün kömək edəcək.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla görüşdə bildirib.

“Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək edəcək”, - Rusiya XİN başçısı vurğulayıb/APA.

Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyanla görüşdə Qarabağla bağlı üçtərəfli bəyanatların icrasının vacibliyindən danışıb: “Biz bu razılaşmaların icrasının təmin olunmasını davam etdirəcəyik”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA