Təhkimçi rus kəndliləri və azərbaycanlılar
YAZARLAR
02.03.2014, 21:58
Bu mövzuda bir dəfə də yazmışdım. Bank olmayan kredit təşkilatında çalışan Elvin adlı qohumumdan hansı işlə məşğul olduğunu soruşanda, belə cavab vermişdi: "Camaatın dərisini soyuram".
Universitet auditoriyası ilə bir il əvvəl vidalaşan Elvinin nə demək istədiyi mənə aydın olmadığı üçün təəccüblə onun üzünə baxmışdım. Qohumum başı ilə yanımızdan ötüb keçən sərnişinlə dolu avtobusu göstərib, belə demişdi: "Bu insanların böyük əksəriyyəti işdən qayıdır. Camaat gecə-gündüz çalışır, amma onların zəhmətinin bəhrəsini banklar, kredit təşkilatları görür". Ötən gün bir həmkarımla yolumuzu "Bank of Baku"dan salmışdıq. "Bolkart" sahibi olub, gündəlik alış-veriş zamanı işimizi bir qədər yüngülləşdirmək istəyirdik. Müştərilərin tələbatını ödəmək üçün 30-a yaxın əməliyyatçı səylə çalışırdı. Ən azı 30-40 nəfər də səbirsizliklə növbəsinin çatmasını gözləyirdi. Hövsələmin daraldığını görən qələm dostum məni sakitləşdirmək istədi: "Bəxtimizdən bu gün çox az adam var. Başqa vaxt burda iynə atanda yerə düşmür". Jurnalist marağı güc gəldiyi üçün sağ tərəfimizdə əyləşən orta yaşlı kişini söhbətə tutdum. Həmsöhbətim dedi ki, gözləməkdə məqsədi 1500 AZN kredit götürməkdir. Ağlıma gələn ilk ehtimal bu oldu: "Yəqin nəsə almaq fikriniz var". Kişi məyus halda boynunu bükdü: "Banklar gözümüzü açmağa imkan verir ki, nəsə alaq? Hazırda 6 banka kredit ödəyirəm. Bir ayda ödədiyim məbləğ 1300 manatı keçib. Burdan 1500 manat alıb, başqa bir bankın faizini bağlamaq istəyirəm. Başqa ölkələrdən fərqli olaraq, bizdə faiz dərəcələri çox yüksəkdir. Buna görə də müştəri bilmir ki, əsas borcu ödəsin, yoxsa götürdüyü pulun faizini. Adam var ki, bank ev-eşiyini əlindən aldığı üçün indi küçələrdə avara-sərgərdan dolaşır". Bir anlığa təhkimçi rus kəndlilərini xatırladım. Onlar da mülkədarlardan təxminən bu cür asılı vəziyyətə düşürdülər. Ehtiyac üzündən əvvəl torpaqlarını, sonra isə şəxsi azadlıqlarını itirirdilər. Feodalizm dövründə rus kəndliləri mülkədarlar üçün işləyirdilərsə, bu gün sıravi azərbaycanlıların əksəriyyəti banklar üçün çalışır. Belə davam etsə, bir müddət sonra Azərbaycan əhalisinin təxminən yarısı şəxsi təsərrüfatını banklarda girov qoyacaq. Ötən gün bankda həmsöhbət olduğum adamların arasında qızını köçürmək üçün kredit götürənlər də vardı. Əndazəni aşmamaq şərti ilə gənc ailəyə dəstək olmaq pis adət deyil. Amma ortaya sual çıxır: 35-40 il gecə-gündüz çalışan valideynlər niyə övladları üçün ortabab məişət əşyaları ala bilmirlər? Ќədən bu ölkənin var-dövlətindən, sərvətindən gənc ailələrə ucuz bir televizor, üçüncü dünya ölkələrində istifadə olunan ortabab soyuducu düşmür? Alimin də, sürücünün də banklara borclu olduğu bir ölkənin iqti-sadi qüdrəti ilə öyünməyə haqqımız varmı? Deməli, əhalinin aldığı maaş az olduğu üçün insanlar adi mə-işət problemlərini də həll etmək məqsədilə banklara üz tuturlar. Vaxtilə rus kəndliləri də bu cür sadə problemlər üzündən mülkədarlardan asılı vəziyyətə düşürdülər. Sonrasını isə bilirsiniz...
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sabah bəzi rayonlara dolu düşəcək - Hava proqnozu
Bugün, 12:59 CƏMİYYƏT
-
"Nizamnamədən irəli gələn məsələlərə baxılacaq" - YAP sədrinin müavini qurultaydan danışdı
Bugün, 12:56 SİYASƏT
-
"Bu gün biz son 200 ilin ən güclü Azərbaycanında yaşayırıq" - Musa Musayev açıqlamalar
Bugün, 12:43 SİYASƏT
-
Ağ işıq (esse)
Bugün, 12:34 YAZARLAR
-
Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Bugün, 12:01 GÜNDƏM
-
Lerikdə zəlzələ olub
Bugün, 11:35 GÜNDƏM
-
DİN-in şəxsi heyəti Zəfər parkında olub
Bugün, 11:06 CƏMİYYƏT
-
İlham Əliyev və Mehriban Əliyeva Zəfər parkında - VİDEO
Bugün, 10:07 GÜNDƏM
-
Mehriban Əliyev: "Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır!"
Bugün, 09:39 GÜNDƏM
-
Elşad Miri saytını satdı
Bugün, 09:12 PRESS
-
BUXARESTDƏ 27 SENTYABR - ANIM GÜNÜ QEYD OLUNUB - FOTOLAR
Bugün, 00:25 SİYASƏT
-
Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO
Bugün, 00:16 GÜNDƏM
-
BU GÜN AZƏRBAYCANDA ANIM GÜNÜDÜR
Bugün, 00:02 GÜNDƏM
-
"Mənə ”qarnını cıraram, başını kəsərəm” demirdi, amma bıçağı yelləyə-yelləyə..." - Deputat adının hallandığı qalmaqaldan danışdı
26.09.2026, 22:01 GÜNDƏM
-
ARDNF və “BlackRock”un birgə təşkilatçılığı ilə Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqu keçirilib
26.09.2026, 19:10 İQTİSADİYYAT
-
Bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
26.09.2026, 19:04 GÜNDƏM
-
Sahil Babayev vəkili yeni vəzifəyə təyin etdi
26.09.2026, 18:02 CƏMİYYƏT
-
Prezident İlham Əliyev və ailəsi "Formula 1"in əsas yarışında - FOTOLAR
26.09.2026, 17:48 GÜNDƏM
-
Türkiyə mediasında Azərbaycana qarşı qərəzli hücumla bağlı daha bir sərt bəyanat: "Ölkəmizə girişləri məhdudlaşdırılacaq"
26.09.2026, 17:40 GÜNDƏM
-
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu
26.09.2026, 17:06 İDMAN
-
Prezident İlham Əliyev Beynəlxalq İnvestisiya Forumunda - MÜHÜM MESAJLAR + VİDEO, FOTOLAR (YENİLƏNİB)
26.09.2026, 17:00 GÜNDƏM
-
Türkiyədə Azərbaycana qarşı təxribat xarakterli kampaniya: "Qardaşlıq, müttəfiqlik münasibətləri..." - Milli Məclis bəyanat yaydı
26.09.2026, 13:30 SİYASƏT
-
Qulu Ağsəsin şeiri ABŞ-də dərc edilib
26.09.2026, 13:08 MƏDƏNİYYƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
26.09.2026, 12:47 CƏMİYYƏT
-
Beynəlxalq İnvestisiya Forumunda yeni sənədlər imzalandı - Prezidentin iştirakıyla + FOTOLAR
26.09.2026, 11:34 GÜNDƏM
-
Şahin Mustafayev Rusiya Hökuməti sədrinin müavini ilə görüşüb - Açıqlama
26.09.2026, 10:53 GÜNDƏM
-
"Azərbaycan Las-Veqas, Dubay və Mayaminin..." – Emin Ağalarov
26.09.2026, 10:45 İQTİSADİYYAT
-
Ceyhun Bayramov BMT-də: "Qlobal çağırışlar getdikcə daha mürəkkəb xarakter alır" - "Biz hazırda de-fakto sülhə nail olmuşuq, bundan əlavə..."
26.09.2026, 09:12 SİYASƏT
-
Qaradağ rayonunda vulkan püskürüb
26.09.2026, 09:05 CƏMİYYƏT
-
Bakıda deputatla qarpızsatan arasında KURYOZ İNSİDENT: "Dörd balam çörəksiz qaldı" - FOTO/VİDEO
26.09.2026, 00:41 CƏMİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26.09.2026, 00:12 CƏMİYYƏT
-
"Prezident Ərdoğan o vaxt mənə açıq dedi ki..." - "Partiya təkadamlıqdır ki, belə özyanından qərar verisən?"
25.09.2026, 22:34 SİYASƏT
-
UEFA "Fənərbağça"nın cəzasını azaltdı
25.09.2026, 21:59 İDMAN
-
Deputat və dövlət qulluqçularının pensiya sistemi dəyişir - DETALLAR
25.09.2026, 21:20 İQTİSADİYYAT