"Taliban"ın lideri: “Qadınları heç kim zorla ərə verə bilməz"

img

03-12-2021 [14:13]


“Qadınları heç kim zorla ərə verə bilməz, o, kişilər arasında davaların dayanması və ya barışıq üçün alət ola bilməz”.

Bunu Əfqanıstandakı “Taliban” hökumətinin informasiya və mədəniyyət nazirinin müavini Zəbiullah Mücahid tviter səhifəsində yazıb.

Bildirilib ki, “Taliban”ın ruhani lideri Heybətullah Axundzadə qadın hüquqları ilə bağlı fərman imzalayıb.

Həmin fərmana əsasən, əri öləndən sonra heç kim dul qadını zorla ərə verə bilməz, o, ölən ərinin əmlakında müəyyən paya sahibdir/Report.

Fərmanda daha çox bu kimi sosial məsələlər yer alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR