Gürcüstanda bir milyon insana qumar oynamaq qadağan ediləcək

img

29-11-2021 [11:58]


Gürcüstanda onlayn kazinoda oynamağın qadağan ediləcəyi şəxslərin bazası yaradılacaq”.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, qumar oyunlarına əlçatanlığın məhdudlaşdırılacağı şəxslərin sayı yetkinlik yaşlı təqribən bir milyon nəfər təşkil edəcək.

Hökumət başçısı qeyd edib ki, bazaya sosial yardım alanlar, dövlət qulluqçuları, ailə üzvünün tələbi ilə məhkəmə qərarı əsasında qara siyahıya düşəcək şəxslər daxil ediləcək.

Qeyd edək ki, qonşu ölkədə onlayn kazinolar mərhələli şəkildə qadağan olunacaq. İlk olaraq oyun biznesi sahəsində fəaliyyət göstərən şirkətlər üçün vergilər 65-70 % artırılacaq və oyunçuların yaş həddi 25-ə qədər qaldırılacaq/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR