Kürdəmirdə mikroavtobus aşıb, 10 nəfər yaralanıb - SİYAHI 

img

27-11-2021 [15:38]


Kürdəmirdə baş verən yol qəzasında xəsarət alanların sayı 10-a çatıb.

Hadisə nəticəsində Tərtər rayon sakini, 56 yaşlı İsmayılov Ələkbər Hüseyn oğlu, Bərdə rayon sakinləri - 45 yaşlı Quliyev Fəqan Əli oğlu, 50 yaşlı Məmmədova Mehparə Hüseyn qızı, 6 yaşlı Quliyeva Validə Fəqan qızı, Göyçay rayon sakinləri - 69 yaşlı Qəhrəmanov Fikrət Şəmi oğlu, 35 yaşlı Mizəffərova Tünzalə Ramiz qızı, Ağdaş rayon sakinləri - 33 yaşlı Mizəffərov Samir İldırım oğlu, 6 yaşlı Mizəffərli Xəyyam Samir oğlu, Bakı şəhər sakinləri 32 yaşlı Hacıyeva Sənubər İsa qızı, 2021-ci təvəllüdlü Hacızadə Fəridə Camal qızı xəsarət alıb.

Xatırladaq ki, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı mikroavtobus həmin yolda hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı beton lövhəyə çırpılıb.

Faktla bağlı araşdırma aparılır/Report.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR