Ləman Ömər: "Ürəyim Azərbaycanla döyünür" - MÜSAHİBƏ
18-10-2021 [10:59]
... Ona ilk baxışdan heyran oldum. Gözəl üz cizgiləri, ədəb-ərkanlı oturuşu və sadə geyimi vardı.
Açığı, əvvəlcə müsahibimin məhz bu xanım olduğuna bir az tərəddüd də etdim. Amma vədələşdiyimiz yerdə məni ondan başqa gözləyən yox idi deyə, qonağımın məhz o - müğənni Ləman Ömər olduğuna inandım.
Beləcə, qısa tanışlıqdan sonra maraqlı bir söhbətə başladıq. Nəticədən isə hər ikimiz razı idik: çünki vaxtın necə keçdiyini hiss etməmişdik...
- Ləman Ömər... Təkcə gözəl görünüşə deyil, həm də məlahətli səsə malik olan bir xanımsız... Nə əcəb, indiyədək özünüzü Azərbaycan tamaşaçısına tanıtmamısınız?
- Əvvəla mən səhnə təxəllüsümdən başlamaq istərdim. "Ömər" mənim oğlumun adıdır. Bu adı özümə çox yaraşdırdım. O ki qaldı indiyədək özümü tanıtmamağıma yəqin qismət bu günə imiş... Çünki istəyirdim ki, bu tanıtıma tam hazır olum.
- Demək, indi tam hazırsız. Elə isə bu hazırlıq ərəfəsinə qədər gəldiyiniz yoldan danışaq.
- Əslində bu yol həm keşməkeşli, həm də əziyyətli olub. Amma sənətimi çox sevirəm, işimdən həddindən artıq zövq alıram. Səhnə mənə hər şeyi unutdurur. Əvvəlcə onu deyim ki, mən 2007-ci ildə ailə quraraq Rusiyaya getdim. 2015-ci ildən isə Moskvada yaşayıram. 2016-cı ildən Moskvada həmyerlilərimizin xına, sonra isə toy təşkilatçısı olmuşam. Beləcə, şou-biznesdəki bir çox müğənniləri tanımağa, onlarla ünsiyyət qurmağa başladım. Və günlərin birində müğənnilərdən biri mənə dedi ki, sənin gözəl səsin var, niyə oxumursan? Və o insan mənə çox köməklik göstərdi.
- Bəlkə kimliyini deyəsən.
- Yox, adını çəkmək istəmirəm. Amma deyim ki, qadın müğənnidir.
- Düzü, təəccübləndim. Axı həmişə qadın müğənnilərin bir-biri ilə rəqabətini görmüşük.
- Görünür, mən Allahın sevimli bəndəsiyəm ki, həmişə qarşıma yaxşı insanlar çıxarıb. İstər dostlarım olsun, istərsə də "salam" verdiyim insanlar... Bəlkə də bu məsələdə bir az da intuisiyama minnətdaram. Çünki əgər hansısa işdə azacıq da olsa tərəddüd edirəmsə, o zaman qəti şəkildə geri çəkilirəm.
- Bəlkə buna xarakter deyək?
- Ola bilər. Axı mən Əkizlər bürcündənəm. Və bunu da mütləq qeyd edim ki, Əkizlər bürcünün bütün xüsusiyyətləri məndə var.
- Deyirəm axı, niyə səninlə ilk kəlmədən söhbətimiz tutdu. Onda mən səni sözsüz də çözə bilərəm. Axı mən də Əkizlər bürcündənəm. İstedadlı, kövrək, qoçaq, dəliqanlı, hər şeyin ən yaxşısını əldə etmək üçün dəridən-qabıqdan çıxan Əkizlər...
- Eynilə mən. Baxın, mən oxumağa qərar verəndə artıq nə istədiyimi bilirdim. Bilirdim ki, səhnəni sevirəm və elə mükəmməl ifa etməliyəm ki, tamaşaçı da məni sevsin.
Bakıya uzanan yol...
- Səhnə ilə təmasa nə vaxt qərar verdin?
- 2018-cı ildə. Bakıya gəldim. Bir-iki aranjimançı ilə görüşdüm. Açığı çox əziyyət çəkdim. Çünki mənim musiqi təhsilim yoxdur. Amma musiqi təhsilim olmaya-olmaya yutub mənim həm müəllimim, həm də müəlliməm olub. Öyrəndim, axtardım, araşdırdım... Sağ olsun, Rəqsanə xanım, mənə çox dəstək olub. Nuri Sərinləndirici, onun həyat yoldaşı... sağ olsunlar, hər an onların köməyini hiss etdim. Onlar həmişə mənə düzgün yol göstərdilər.
- Kim dedi ki, Ləmandan müğənni olar?
- Bir çoxları. Hətta "olmayacaq" deyənlər də olub. Amma məncə, kim olursa-olsun əziyyət çəkdiyi işin bəhrəsini görməlidir.
- Məncə, sənin müğənni olduğunu iştirak etdiyin toylardakı insanlar deyib, artıq. Əgər o məclislərdə sənə qulaq asan varsa, oxuduğun mahnılar və ən əsas da sənin avazın qonaqlara xoş gəlirsə, demək, səhnə səni qəbul edib.
- Əlbəttə, mən bunu hiss edirəm. İnsanların mənə olan sevgisini, hörmətini, necə qulaq asdıqlarını, yaxınlaşıb xoş söz dediklərini görürəm . Və bu da o deməkdir ki, məni qəbul edirlər. İfamı bəyənirlər. Bəyənməsəydilər mən bunu birinci hiss edərdim və səmimi deyim ki, səhnədən o dəqiqə gedərdim. Çünki insan özünə hörmət etməlidir, məncə. Yoxsa kənardakılar da sənə hörmət eləməz. Əsas odur ki, mən xalqın sevgisini hiss edirəm.
- 2007-ci ildə Rusiyaya getdin. Bəs o vaxta qədər nə işlə məşğul idin?
- Mən ailə qurdum. Ailə qurandan sonra bizneslə məşğul olmağa başladım. Sonra bəzi səbəblərə görə mən həyat yoldaşımdan ayrıldım. Sonra da köçdüm Moskvaya. Ondan da sonra sənətdə olmağa qərar verdim. Yəni mən bugünkü məqama dişimlə-dırnağımla sahib olmuşam. Və çox xoşbəxtəm ki, publika məni dəstəkləyir.
- Gözəl xanımsan... Gözəlliyin bu sənətdə maneçilik törətmir ki?
- Qətiyyən. Çünki mən atdığım addımı öncədən min dəfə ölçüb-biçən adamam. Götür-qoy edirəm ki, filan addımı atsam kənardan necə görünər.
- Sənə göndərilən nə qədər hədiyyə geri qayıdıb?
- Əslində, hədiyyəni heç vaxt geri qaytarmıram. Onun az-çoxluğuna da baxmıram.
- Bəs o hədiyyənin göndərilməsində alt məna varsa?
- O alt mənalı hədiyyələri isə heç vaxt qəbul etmirəm. Və deyim ki, mən o məqsədi də əvvəlcədən hiss edirəm. Mən qadınam. Başa düşürəm. qadın sevər də, sevilər də, ona hədiyyələr də təklif oluna bilər, amma... təmənnalı münasibət mənlik deyil.
- Amma hər qadının baş qoyacağı bir çiyinə ehtiyacı var...
- Bəlkə də cavanam ona görə bu barədə düşünmürəm. Amma mənim oğlum var. Heç vaxt onun başını aşağı əyəcək hərəkətə yol vermərəm. Həyatda ən çox onu, bir də anamı düşünürəm.
- Oğlunun neçə yaşı var?
- 12. O, mənim üçün hər şeydir.
- Bakıda toylara dəvət almısan?
- Xeyr.
- Təəssüf. Səndən Moskva toyları ilə Bakı toylarının fərqini soruşacaqdım.
- Əslində, düşünürəm ki, elə də bir fərq olmamalıdır. Çünki mən sanki publikanı hiss edirəm. Ona nə lazım olduğunu bilirəm. Bu, bəlkə də mənim ən böyük fərqliliyimdir.
- Səni nə sındırır?
- O hadisə olub keçib. Amma mən onu xatırlamaq istəmirəm.
Bir ömrün fəlsəfəsi ....
- Ləman Ömər üçün qadın xoşbəxliyi nədir?

- Məncə, bütün qadınlar ana olmalıdırlar. Sonra insan dürüst olmalı və sevib-sevilməlidir. Bunlar varsa, qadın xoşbəxtdir.
- İnsan həyatının elə mərhələsi gəlib çatır ki, adam çiyinlərinə götürdüyü yükdən yorulur...
- Düzdür, mənim də çiynimdə çox ağır yüklər olub. Amma bu yüklər məni yormayıb, əksinə daha əzmkar, daha mətin edib. Bunu məni yaxından tanıyanlar daha yaxşı bilirlər.
- Belə bir deyim var: "Ümidin bitdiyi yerdə inad başlar".
- İnanmazsız, amma mənim heç vaxt ümidim bitməyib. Əgər qarşıma hansısa məqsədi qoyuramsa, mən dişimlə-dırnağımla da olsa, o məqsədə çatıram.
- Moskva toylarında ən çox hansı mahnıları ifa edirsən?
- Mənim səs diapazonum xalq mahnılarına çox yaxındır deyə, ən çox xalq mahnıları ifa edirəm. Qonaqlar razı da qalır.
- Bəs o xalq mahnılarını kimdən öyrənmisən? Axı dediyinə görə, musiqi təhsilin yoxdur.
- Mən yutubdan öyrəndiklərimi öyrəndim, sonra da fərdi müəllim tutdum. İndi də məşğulam. Yəni mən öz üzərimdə dayanmadan işləyirəm.
- Çox istərdim ki, Moskva toylarını fəth edən Ləman Azərbaycan toylarının da ulduzu olsun.
- Əgər məni Vətənimə toya dəvət etsələr böyük məmnuniyyətlə gələrəm. Arzum Azərbaycanda keçirilən çox səliqəli, yüksək səviyyədə təşkil olunan böyük tədbirlərə qatılmaqdır.
- Ləman Ömərin sənət yolundakı məqsədi...
- Xalq məni sevməlidir yox, mən özümü xalqa sevdirməliyəm ...
- Sənin torpağa bağlılığın gözlərindən oxunur. Yəqin ki, Qarabağın azadlıq xəbərini də sakit qarşılamamısan.
- (gözləri dolur) Laçın azad olunanda mən "Laçınım" mahnısını yazdırdım. Onu ifa etməyə hazırlaşırdım ki, atamın ölüm xəbəri gəldi... ( bir müddət susuruq). Ona görə də mən həmin mahnını bu yaxınlarda ifa etdim. İnanın, Prezidentimizin hər çıxışını səbrsizliklə gözləyirdim. Hər qarış torpağımız alınanda sevincdən ağlayırdım. Bilirsiz, Vətəndən uzaqda olanda insan o sevgini daha dərindən hiss edir. Mənim də ürəyim Azərbaycanla döyünür.
Zakirə Zakirqızı,
Baymedia.az

İtaliya MN: “UNIFIL bazasına naməlum raket atılıb”
İran XİN başçısı: “Xalqımız belə hücumlarla təslim olmayacaq, əsas zərbə ABŞ-ın nüfuzuna olacaq”
İNGİLİSLƏR HÖRMÜZ BOĞAZININ AÇILMASI ÜÇÜN HƏRƏKƏTƏ KEÇDİ: “Bütün tədbirlər görüləcək” – 40-dan çox ölkə toplandı
Yəməndəki husilər İsrailə raket atıb
TRAMP İRANA “YA ANLAŞ, YA DA YOX OL” MESAJI VERDİ: "...yoxsa geriyə heç nə qalmayacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakı-Qazax magistralında asfalt örtüyü çatlayır - VİDEO
Türkiyədə zəlzələ olub - 4.2 bal gücündə
"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
"Bu, hansı mesajı verir?" - Pezeşkian beynəlxalq səhiyyə təşkilatlarına çağırış edib
ABŞ Ədliyyə naziri vəzifədən çıxarıldı
Nazirlikdə dəyişiklik - Media və kommunikasiya şöbəsi ləğv edildi, yeni sektor yaradıldı
İRAN PREZİDENTİ İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Yaxın Şərqin ən hündür körpüsü vuruldu - FOTO
Mərkəzi hərbi həkim komissiyasının rəisi hakim qarşısına çıxarılacaq
Ukraynada daha bir azərbaycanlı həlak olub
İran iki ölkədə ABŞ-a məxsus hədəflərə hücum edib: "Əgər sənaye obyektlərinə hücumlar təkrarlanarsa..."
KİM KİMİN HAQQINI YEYİB? - Qərbi Kaspi universitetindəki qalmaqalla bağlı təzadlı açıqlamalar (YENİLƏNİB)
Xarici İşlər Nazirliyi məlumat yayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Yağışlı hava olacaq - Bu tarixlərdə
Ədliyyə naziri "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
DÇ-2026: Türkiyə yığmasının oyun təqvimi dəyişdi – SİYAHI
80 yaşlı Luçesku ilə bağlı qərar verildi
Müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır - ŞƏRTLƏR
Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifədən azad edilib
Xanım sürücü “Range Rover”i yolda aşırdı - VİDEO
Pomidorun qiyməti niyə bahadır? - AÇIQLAMA
Bakıda məktəbli qızın meyiti tapılıb
Tofiq Yaqublu barəsində daha bir qərar verildi - Məhkəmə prosesi
"Vitse-spikerin köməkçisi deyiləm"
"Beşiktaş" "Fənərbağça" derbisinə hazırlaşır
Rusiya Ermənistana açıq xəbərdarlıq edir: “Bu addımlar suallar doğurur” – “Metsamor”un istismar müddəti isə...
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarını qəbul edib - MÜHİM MESAJLAR + FOTOLAR (YENİLƏNİB)
Nizami Kino Mərkəzinin binasına zərər vurulub - FOTO
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub - BİRGƏ BƏYANAT VERİLDİ (YENİLƏNİB)
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub