Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib

img

07-10-2021 [14:22]


Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava ilə görüşüb.

İstanbulda baş tutan görüşdə müxtəlif nəqliyyat sahələrində ikitərəfli əməkdaşlq məsələləri müzakirə olunub.

Qeyd olunub ki, iki ölkə arasında koordinasiya edilmiş əməkdaşlq Avropa-Asiya nəqliyyat dəhlizinə yüklərin cəlb olunması prosesinə kömək edir, nəticədə ölkələrin iqtisadiyyatına müsbət təsir əldə olunur.

Müzakirələr zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə xüsusi diqqət ayırılıb. Layihənin vaxtında başa çatdırlmasının əhəmiyyət kəsb etdiyi və dəmir yolu ilə daşınan konteynerlərin sayının artdığı qeyd olunub.

Nazirlər həmçinin kommunikasiya, informasiya texnologiyaları sahələrində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR