Futbolçu Elvin Bayramov karyerasını Polşada davam etdirəcək

img

24-09-2021 [13:01]


Azərbaycanın daha bir futbolçusu Elvin Bayramov karyerasını Polşada davam etdirəcək.

"Nowiny24" nəşri xəbər verir ki, 23 yaşlı müdafiəçi "JKS Yaroslav" klubuna keçib.

Bayramovla imzalanmış müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Elvin Bayramov Azərbaycanın U-21, U-18 və U-17 yığmalarının formasını geyinib. O "Qəbələ" və "Sumqayıt" klublarının şərəfini qoruyub.

"JKS Yaroslav" Polşanın 4-cü liqasında mübarizə aparır. Azərbaycan millisinin üzvlərindən Anton Krivotsyuk Plotsk "Visla"sında, Mahir Emreli isə "Legiya"da çıxış edir. Bundan əlavə, Fuad Bayramov II liqada "Ostroveç-Şventokşiski"nin uğurları üçün çalışır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR