İran xarici işlər nazirinin müavini Bakıya gəlir - Səbəb

img

21-09-2021 [15:15]


İran İslam Respublikasının xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Doktor Məhəmməd Kazım Səccadpur Bakıya gələcək.

İranın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, iranlı rəsmi İran İslam Respublikası, Azərbaycan Respublikası və Türkiyənin araşdırma mərkəzləri arasında keçirilən üçtərəfli görüşdə iştirak etmək üçün bu gün Bakıya üç günlük səfər edəcək.

Doktor Səccadpur elmi iclasda iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının bəzi rəsmiləri ilə də görüşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR