Vüqar Rəhimzadə: "Yeni neft strategiyası Azərbaycanın xoşbəxt gələcəyinin təminatçısıdır"
İQTİSADİYYAT
20.09.2021, 13:10
“Azərbaycanın iqtisadi tərəqqisinə, dünya iqtisadi sisteminə inteqrasiyasına yol açan, əbədi müstəqilliyimizi, xalqımızın yüksək rifahını təmin edən və dünyanın 8 ölkəsinin 13 ən məşhur neft şirkətinin iştirakı ilə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan sazişin imzalanmasından 27 il otür. O vaxtdan bu günədək ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyası uğurla icra edilir. Bu strategiyanın uğurla reallaşması fonunda Azərbaycanın enerji sektorunda mühüm hadisələr baş verir, neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi ölkəmizin hərtərəfli inkişafını təmin edir. Sabitliyin, normal iqtisadi mühitin mövcudluğu ölkəmizə investisiya axınını sürətləndirir. Bir sözlə, beynəlxalq arenada Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi gündən-günə möhkəmlənir.
Əgər 1994-cü ildən indiyədək ölkəmizin neft-qaz sektorunda inkişafın xronologiyasına nəzər yetirsək bunun yalnız uğurlar xronologiyası olduğunu görərik. Ümummilli Liderin adı ilə bağlı olan Azərbaycanın yeni neft strategiyasının uğurlu icrası qarşıya qoyulan hər bir hədəfə yüksək səviyyədə nail olmağa geniş imkanlar açır. 27 illik təcrübə göstərir ki, "Əsrin müqaviləsi" Azərbaycanın bugününü və gələcəyini təmin etməyə qadir olan yüksək potensiala malik layihədir. Artıq bu unikal sazişin reallaşdırılmasının ikinci mərhələsi başlayıb. Söhbət təbii ki, 2017-ci il sentyabrın 14-də Bakıda imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş, "XXI əsrin kontraktı" adlandırılan “Yeni əsrin müqaviləsi”ndən gedir. Həmin sənədə uyğun olaraq “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadılıb. Bu, şübhəsiz, Azərbaycanın gələcəyinə, ölkəmizdə uğurla həyata keçirilən, müəllifi ulu öndər Heydər Əliyev olan sabitlik və tərəqqi siyasətinə inamın göstəricisidir.”
Mia.az xəbər verir ki, bu fikirləri YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, sonrakı illərdə xarici şirkətlərlə “Əsrin müqaviləsi”nin davamı kimi imzalanan yeni neft və qaz sazişlərinin, Anlaşma memorandumlarının say tərkibinə diqqət yetirməklə iqtisadi müstəqilliyini təmin edən Azərbaycanın beynəlxalq münasibətlərdə artan
rolunu və yerini açıq-aydın görmək olar. "Əsrin müqaviləsi" hazırda həm məzmununa, mahiyyətinə, həm də regionda və dünyada əməkdaşlığın inkişafına verdiyi yeni nəfəsə görə regional, eyni zamanda, qlobal geosiyasi proseslərdə öz əhəmiyyətini qoruyub saxlayır. Məhz “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın o vaxtadək regional çərçivədə başlanan əməkdaşlığının coğrafiyası genişlənərək beynəlxalq miqyas aldı.
YAP Xətai rayon təşkilatının sədri iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verilməsini müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin göstəricisi kimi diqqətə çatdırıb: “Ümummilli Lider yeni neft strategiyasını işləyib hazırlamaqla, dünya təcrübəsinə istinad edib səylərin, təcrübə mübadiləsinin birləşdirilməsi fonunda “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla xalqımızın illərdir ürəyində yaşatdığı öz təbii sərvətlərinin əsl sahibinə çevrilməsi arzusunu gerçəkləşdirdi. Bu sazişin reallaşması sayəsində Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Məhz bu uğurlarımıza söykənərək bu gün böyük inamla və uca səslə bəyan edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa qlobal iqtisadi layihənin icrasından danışmaq qeyri-mümkündür.”
V.Rəhimzadə ulu öndər Heydər Əliyevin yüksək dühasının, siyasi uzaqgörənliyinin və qətiyyətinin nəticəsi olan “Əsrin müqaviləsi”nin müstəqil Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olduğunu diqqətə çatdırıb: “Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə neft siyasətinin uğurla həyata keçirilməsi enerji layihələrinin xronologiyasında da özünü qabarıq şəkildə göstərir. Belə ki, möhtərəm Prezidentimiz İlham Əliyevin liderliyi ilə 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2014-cü ildə- “Əsrin müqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 2018-ci ilin mayında bu unikal layihənin rəsmi açılışı oldu. 2018-ci ilin iyununda Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan TANAP, 2020-ci ilin dekabrında isə TAP istifadəyə verildi.
Göründüyü kimi, Azərbaycanın enerji sektorunda qazanılan uğurlar bu sahədə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunduğunu təsdiqləyir. Bu uğurlarda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
(SOCAR), ölkəmizin çoxminli neftçilər ordusunun öz payı, rolu vardır. Ümummilli Liderin Fərmanı ilə “Əsrin müqaviləsi”nin imzalandığı tarixin-20 sentyabrın Neftçilər Günü peşə bayramı kimi təsis edilməsi özündə bütün məqamları ehtiva edir. Qəhrəman Azərbaycan neftçiləri bu bayramı hər il yüksək göstəricilərlə qeyd edirlər. Onu da xüsusi vurğulamaq gərəkdir ki, dövlət başçısı İlham Əliyev SOCAR-ın qarşısında beynəlxalq transmilli şirkətlər cərgəsinə qoşulmağı mühüm vəzifə kimi qoymuşdur. Məhz bu tapşırığı əldə rəhbər tutan SOCAR bu gün ölkəmizin hüdudlarından kənarda həyata keçirdiyi uğurlu investisiya layihələri ilə beynəlxalq nüfuzunu gündən-günə möhkəmləndirməklə modern quruma çevrilib.”
“Atılan hər bir addımın əsasında Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması, sosial təminatın yüksəldilməsi, iqtisadi inkişafın dayanıqlı olması dayanır” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ulu öndər Heydər Əliyevin “Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur” fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü, neft gəlirlərini qeyri-neft sektorunun inkişfına yönəltməklə əhalinin sosial müdafiəsinin gücləndirilməsinin prioritetliyini açıqladı: “Heç də təsadüfi deyil ki, "Əsrin müqaviləsi" Azərbaycanın hər bir regionunun inkişafında təkanverici rol oynayıb. Məhz neft gəlirlərini ölkənin tərəqqisinə, xalqın, xüsusilə bölgələrdə yaşayan əhalinin maddi rifah halının daha da yüksəldilməsinə yönəltmək məqsədilə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları qəbul olunub. Onlardan üçü artıq uğurla reallaşdırılıb. Dövlət proqramları çərçivəsində regionlarda müasir infrastruktur formalaşdırılıb, yeni iş yerləri açılıb.”
Hazırda ölkəmizin həyatında yeni mərhələnin başlandığını diqqətə çatdıran Vüqar Rəhimzadə qeyd edib ki, erməni işğalçılarına qarşı 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizi şərtləndirən amillər sırasında ulu öndər Heydər Əliyevin yeni neft strategiyası müstəsna rol oynadı: “Fərəhli haldır ki, bu gün qalib ölkədə enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur. Uli Öndərin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunda toplanan, Azərbaycan xalqının bügünkü və gələcək nəsillərinin rifahına xidmət edən bu vəsaitlər hesabına ölkənin hərtərəfli inkişafını şərtləndirən sosial-iqtisadi layihələr uğurla həyata keçirilir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işlərindən bəhs
edərkən son 27 ildə görülən genişmiqyaslı işlərə, xüsusilə xalqımızı bütün dünyada şöhrətləndirən İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizə əsaslanaraq sonsuz qürur hissi və fəxrlə deyirik ki, “Əsrin müqaviləsi” Azərbaycanın nəhəng iqtisadi və maliyyə imkanlarının təqdimatıdır. Bir sözlə, "Əsrin müqaviləsi" bu gün Azərbaycana əldə etdiyi uğurları daha da inkişaf etdirmək imkanı qazandırır və gələcəkdə də belə olacaqdır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Allahşükür Paşazadənin 40 il əvvələ aid görüntüsü paylaşıldı - VİDEO
Bugün, 11:04 SİYASƏT
-
Hidayət Heydərov DÇ-də: ilk qələbə qazanıldı (Yenilənib)
Bugün, 10:55 İDMAN
-
Quba sakini dəm qazından boğulub
Bugün, 10:50 CƏMİYYƏT
-
Bakıda 14 yaşlı qızın intim görüntülərini yayan 26 yaşlı şəxsə hökm oxundu
Bugün, 10:19 KRİMİNAL
-
Nazir təhdid etdi, sərt cavab gecikmədi: "Dəlilik edərsəniz, ölkəniz yer üzündə qalmayacaq"
Bugün, 10:13 GÜNDƏM
-
QARA DƏNİZDƏ MÜBARİZ MƏNSİMOVUN GƏMİSİ VURULDU: ölən və yaralananlar var - RƏSMİ BAKIDAN BƏYANAT + VİDEO (YENİLƏNİB)
Bugün, 10:07 GÜNDƏM
-
Vəkillər "mygov ID" vahid giriş altsistemi yaradıldı
Bugün, 10:03 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
Bugün, 10:00 İQTİSADİYYAT
-
DÜNYANIN ƏN BAHALI FUTBOLÇULARI: aralarında bir türk də var - SİYAHI
Bugün, 09:51 İDMAN
-
Penitensiar Xidmətdə gözlənilməz əməliyyat - Kadrlar İdarəsinin sabiq rəisi saxlanıldı
Bugün, 09:36 CƏMİYYƏT
-
Azərbaycan nefti cüzi bahalaşıb
Bugün, 09:21 İQTİSADİYYAT
-
Braziliyada 23 yaşlı qadın bloger yoxa çıxıb - Güllələndiyi deyilir, ancaq meyiti də tapımır
Bugün, 09:13 PRESS
-
İzmirdə CHP-li sabiq bələdiyyə sədri və 45 nəfər saxlanıldı
Bugün, 09:04 DÜNYA
-
UEFA Millətlər Liqası: Türkiyə yenə uduzdu
Bugün, 00:44 İDMAN
-
Arvadının barəsində korrupsiya ittihamı olan Baş nazir siyasi karyerasını "qumar"a qoydu - Növbədənkənar seçkiyə qərar verildi
Bugün, 00:40 DÜNYA
-
Məşhur model tədbirə velosipedlə getdi - Əvvəl təmizlədi, sonra əlcək taxtdı (FOTO)
Bugün, 00:12 ŞOU-BİZNES
-
TÜRKİYƏ VƏ PAKİSTAN ƏR-RİYADA HƏRBİ BÖLMƏLƏR YERLƏŞDİRİR - Husilərə qarşı yeni plan işə salınır?
Bugün, 00:07 GÜNDƏM
-
Hakim həbsindən əvvəl məhkəmədə nə deyib? - İfadəsi yayıldı
Bugün, 00:03 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Ankaradan qalxan sərnişin təyyarəsində bomba həyəcanı qorxu yaratdı
05.10.2026, 23:55 GÜNDƏM
-
Ceyhun Bayramovla ABŞ Dövlət katibi telefonda danışdı: strateji tərəfdaşlıq münasibətləri, Azərbaycan-Ermənistan normallaşma prosesi və... - XİN açıqladı
05.10.2026, 20:44 GÜNDƏM
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR
05.10.2026, 18:36 GÜNDƏM
-
Generalla bağlı qərar verildi
05.10.2026, 18:30 SİYASƏT
-
Azərbaycan Hərbi Dəniz Qüvvələri Pakistanda təlimdə - FOTOLAR
05.10.2026, 18:03 GÜNDƏM
-
"Qalatasaray" 8 futbolçu ilə yol ayrıcında: hansı oyunçularla müqavilə yenilənəcək?
05.10.2026, 18:02 İDMAN
-
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu dayandırılır
05.10.2026, 17:47 İQTİSADİYYAT
-
Sabiq nazir adı 2.2 milyardlıq qalmaqalda hallanan keçmiş nazirə mesaj verdi: "Acgözdürsə..."
05.10.2026, 17:36 SİYASƏT
-
Bakıda şagird öldürüldü
05.10.2026, 17:23 KRİMİNAL
-
Tamam Bayatlı BP-dəki vəzifəsindən ayrılıb
05.10.2026, 17:06 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
05.10.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi yerlərdə leysan olacaq - Xəbərdarlıq
05.10.2026, 16:47 GÜNDƏM
-
51 yaşlı şəxs kürəkənini bıçaqladı
05.10.2026, 16:40 KRİMİNAL
-
Prezident İlham Əliyev Fərman imzaladı
05.10.2026, 16:14 GÜNDƏM
-
Azərbaycan - Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək
05.10.2026, 16:06 İQTİSADİYYAT