General: "Ümid edirəm ki, qısa müddət ərzində Türkiyədəki yanğınları söndürəcəyik"

img

04-08-2021 [16:00]


"Türkiyə bizə qardaş ölkədir".

Bunu Azərbaycan fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğınların söndürülməsi üçün əlindən gələni edəcək: "Ümid edirəm ki, qısa müddət ərzində Türkiyədəki yanğınları söndürəcəyik. Bundan başqa, qeyd etmək istəyirəm ki, artıq dörd gündür əməkdaşlar və texnikalar yol gəlib. Hər bir bölgədə və hər bir rayonda qardaş kimi, isti münasibətlə qarşılanırlar. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu!"/Report

Digər xəbərlər
SON XƏBƏRLƏR