“İcazə verin, öz ziyanıma susum" - Tahir Kərimli spikerin təklif etdiyi səs yazısını dinləməyib? (VİDEO)
04-08-2021 [12:27]
Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğv olunması haqda məsələ Milli Məclisdə müzakirə olunan zaman Tahir Kərimlinin çıxışı etirazla qarşılandı. Buna cavab olaraq Sahibə Qafarova bildirdi ki, ona 10 dəqiqəlik səs yazısını dinlədəcək.
İndi hər kəsi düşündürən sual budur ki, T. Kərimli həmin səs yazısını dinləyibmi?
Mia.az xəbər verir ki, məsələ ilə bağlı “Yeni Sabah”a açıqlamasında T. Kərimli həmin səs yazısına qulaq asıb-asmaması haqda konkret cavab verməyib:
“İcazə verin, bu məsələ ilə bağlı mən öz ziyanıma susum. Əslində, cavab verməyim yaxşıdır, amma istəyirəm susum”.
Tahir Kərimli dünən baş verənlərlə əlaqədar təəssüf hissi keçirdiyini vurğulayıb: “Mən çox təəssüf edirəm ki, yüzlərlə insan mənim o çıxışımdan sonra əleyhimə nəsə axtarmağa başlayıb.
Bəziləri “Tahir qanunsuz barışıq təklif edir”,-deyir. Axı xəsarət yetirmə maddəsində də qanun barışığı nəzərdə tutur. Əgər, həqiqətən də, Eldəniz Səlimov şəxsi döyübsə, onların qanun baxımından da barışmaq imkanı var. Sən birinci bu barışığı təklif etməlisən”.
Xatırladaq ki, dünən MM-in iclasında Tahir Kərimli ilə spiker arasında narazılıq olub.
Belə ki, Tahir Kərimlinin “Bu gün hər birimizin içində kədər var. Bu, onunla bağlı deyil ki, öz həmkarımızın qələmini qırırıq. Burda hər bir deputatı nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb. Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək rayonlara gedəndə polis bizə hərbi salam verdirdi, indi bizmi onlara verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, parlamenti buraxaq", - sözləri spikerin sərt iradı ilə qarşılaşıb.
Sahibə Qafarova deputata deyib ki, deputatın yiyəsi xalqdır: “Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəm. Siz 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəm. Mən özüm kabinetdən çıxacam, siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”.
Mia.az
MİA.AZ
İranın nüvə obyektləri bombalanıb
Dövlət Agentliyinin kollegiyasının tərkibi təsdiqləndi - Qərar
Xadimələr belə, ixtisara salınır, ancaq şirkət prezidenti və... - Komitə sədri SOCAR-dakı "baş-ayaq" kadr siyasətindən elə faktları sadaladı ki...
Böyük Britaniya Azərbaycana yeni səfir təyin edib
"QatarEnergy" LNG istehsalını dayandırdı
ABŞ İran hücumlarında 4 hərbçini itirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Sabah 2026-cı ilin ilk Ay tutulması olacaq
İlham Əliyev Rusiya rəsmisini qəbul etdi - MÜZAKİRƏ + FOTOLAR
Ceyhun Səfərə "BakuBus”da vəzifə verilib
"Azəriqaz”ın 5 milyon manatdan artıq borcu var
Banklara ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - Detallar
Azərbaycan və Bəhreyn XİN başçıları müzakirə aparıblar - Açıqlaça
Tehrana ağır zərbələr endirilir
Ağdərədə istismar müddəti bitmiş döyüş sursatları məhv ediləcək
Hakan Fidanla Ceyhun Bayramov telefonda danışdı
"Neftçi"nin "Şamaxı" ilə oyununda son saniyədə təyin olunan penalti... - AFFA-dan açıqlama
Netanyahunun Ofisi "Xayber" raketləri ilə vurulub? - İran "hə" deyir, İsrail hələlik susur
Prezident tibbi sığorta ilə bağlı dəyişikliyi təsdiqlədi - Müştərək maliyyələşmə...
Prezident İlham Əliyev sərəncam imzalayıb
YENİ YAŞ: UĞURLU TƏYİNAT OLAN YERDƏ...
Rəqqasə Fatimə ilə şairə Nazilə Səfərli barışdı
Sabah hava necə olacaq? - Proqnoz
İRAN SƏUDİYYƏNİ "CAN DAMARI"NDAN VURDU - FOTOLAR
ABŞ-ın "Məğlubedilməz" ləqəbli qırıcları vurulub - Küveytdən "bir neçə qırıcı vurulub" etirafı gəldi (FOTOLAR)
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Məşhur bələdiyyə sədri və daha 12 nəfər məhkəməyə aparılıb
Siyəzən rayonunda yeniyetmə qızın meyiti tapılıb
Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib
"İranda Azərbaycan vətəndaşlarının xəsarət alması barədə yeni məlumat daxil olmayıb" - XİN açıqladı
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
Müharibə Avropa İttifaqının sərhədinə çatdı - Britaniya bazasına PUA hücumu oldu (FOTO)
Tanınmış ekspert barədə məhkəmə qərarı dəyişib
Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakim ezam olunub
Livanda məktəblər bağlandı - İsrailin hücumlaırna görə
İrandan Azərbaycana 60-a yaxın əcnəbi təxliyə olunub
Pakistanda komendat saatı elan olundu - Xameneini ölümünə görə
İsrail Livanı bombaladı: 31 nəfər ölüb, 149 nəfər isə yaralanıb
AAYDA-da "qaynayır" - Daha bir rəis haqqında yeni iddialar yayıldı
Hörmüz boğazı bağlandı: neft tankerləri dalanda sıxışdı - Neftin qiyməti son 14 ayın pik həddinə yüksəldi