Ədliyyə Nazirliyinin mayor rütbəli sabiq əməkdaşı narkotiklə tutulub
KRİMİNAL
02.08.2021, 13:17
Bakıda külli miqdarda narkotiklə həbs edilən şəxs hakim qarşısına çıxarılıb. Onun Ədliyyə Nazirliyinin mayor rütbəli sabiq əməkdaşı olduğu məlum olub. O, işdən azad edildikdən 10 gün sonra həbs edilib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik ittihamı ilə həbs edilən 1984-cü il təvəllüdlü Cəfərov Nail Əsədulla oğlunun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmənin baxış iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihamda yazılır ki, Nail Cəfərov narkotik vasitəni satmaq istəyən zaman Yasamal rayonu ərazisində saxlanılıb.
Anket məlumatları dəqiqləşdirilib zaman isə Nail Cəfərovun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq mayoru olduğu məlum olub. O deyib ki, həbs edilmədən 10 gün əvvəl xidmətdən çıxarılıb.
Sərbəst ifadə verən Nail Nəcəfov bildirib ki, narkotik vasitəni Əhliman Zeynalov adlı şəxsdən alıb.
Narkotik vasitə istifadəçisi olduğunu deyən Nail Cəfərov külli miqdarda narkotik vasitə ittihamını qəbul etmədiyini bildirib.
Daha sonra Nail Cəfərov prokurorun suallarını cavablandırıb.
Prokuror: Penitensiar Xidmətdə çalışdığınız zaman müayinədən keçirilirdinizmi?
Nail Cəfərov: Bəli, 2 aydan bir yoxlama olurdu
Prokuror: Necə olub ki, müayinədən təmiz çıxmısınız?
Nail Cəfərov: Sonuncu yoxlamadan sonra narkotik çəkməyə başladım. Sonra da xidmətdən xaric olundum.
Prokuror: İstintaqda külli miqdarda narkotiki etiraf etmisiniz. Saxlanılan zaman narkotik vasitənin içərisində tərəzi də olub.
Nail Cəfərovun tərəzi ilə bağlı verdiyi izah belə olub:
"Bir daha deyirəm ki, narkotik istifadəçisi olmuşam. Narkotiki də Əhliman adlı şəxsdən alırdım. Əhlimandan narkotik alanda tərəzidə məni aldadaraq az verirdi. Buna görə də sonuncu dəfə Əhlimandan tərəzi alaraq narkotiki çəkmək istədim. Bu zaman Əhlimana zəng gəldi və oradan uzaqlaşdı. Ona görə də tərəzi məndə qaldı".
Bu ifadə məhkəməyə inandırıcı gəlməyib. Amma Nail Cəfərov bu fikrini bir daha təkrar edib.
Daha sonra məhkəmədə Nail Cəfərovun saxlanılmasında iştirak edən polis əməkdaşları ifadə veriblər.
Polislərin ifadəsində ziddiyyət olub. Məlum olub ki, polis əməkdaşları istintaqda deyiblər ki, əməliyyat məlumatı Əhliman adlı şəxslə bağlı daxil olub. Hadisə yerinə gedən zaman Nicatı da tutublar. Amma məhkəmədə deyiblər ki, əməliyyat məlumatı Nail Cəfərovla bağlı olub.
Polis əməkdaşları bu ziddiyyəti son zamanlar narkotiklərlə bağlı əməliyyatların çox olması ilə izah ediblər. Deyiblər ki, gün ərzində bir neçə əməliyyat olduğu üçün aylar öncə baş verənləri tam xatırlaya bilmirlər.
Məhkəmə prosesində işin əsas şahidi olan Əhliman Zeynalov da dindirilib. Əhliman ifadə verən zaman narkotik istifadəçisi olduğunu deyib.
Məlum olub ki, Əhliman sabiq polis əməkdaşı olub. O, 2020-ci ilin yanvar ayında polisdən öz ərizəsi ilə çıxdığını deyib:
"Həmin ilin avqust ayından istifadə edirəm. 28 yaşım var. İndi əməliyyat da olunmuşam, həm də müalicə almışam".
Əhliman Zeynalov deyib ki, tikinti materialları satdığı mağazası var. Nail Nəcəfov da onun mağazasına müştəri kimi gəlib və bu zaman tanışlıqları yaranıb.
"Narkotik çəkməyi Nail mənə təklif elədi. Ondan alırdım. Sonra da münasibət belə davam elədi"- deyə Əhliman Zeynalov bildirib.
Nail Cəfərov isə təkrar olaraq bildirib ki, narkotiki Əhlimandan alıb.
Prosesdə o da məlum olub ki, Əhliman Zeynalov narkotik istifadəsinə görə məhkumluq yaşayıb və sonradan müalicə alıb.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyədə yenə zəlzələ oldu
Bugün, 00:29 GÜNDƏM
-
Rəsmi Tehrandan daha bir bəyanat: “Diplomatiyaya bir daha xəyanət etdilər”
Bugün, 00:17 GÜNDƏM
-
Qətər XİN İranla bağlı yayılan xəbəri təkzib edir
Bugün, 00:11 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
ABŞ ordusu İrana növbəti hücuma start verdi – Güclü partlayışlar baş verir
16.07.2026, 23:18 GÜNDƏM
-
Zelenski Hakan Fidana orden verdi – FOTOLAR
16.07.2026, 22:53 SİYASƏT
-
Konfrans Liqası: "Zirə" Gürcüstanda "Torpedo"ya qalib gəldi (YENİLƏNİB)
16.07.2026, 21:20 İDMAN
-
Odessada Azərbaycan vətəndaşlarının olduğu gəmiyə hücum... - Kapitanın meyiti tapıldı (Yenilənib)
16.07.2026, 20:42 GÜNDƏM
-
“Qarabağ” klubu kasıblayıb? - Telekanaldan fantastik məbləğ istəyirlər (AÇIQLAMA)
16.07.2026, 19:16 PRESS
-
"Siz həqiqətən də Sülh İnsanısınız" - Prezident İlham Əliyevdən Donald Trampa mesaj
16.07.2026, 18:37 GÜNDƏM
-
Haluk Levent və “Ahbar”ın rəhbər şəxslərinin əmlaklarına həbs qoyuldu
16.07.2026, 18:24 GÜNDƏM
-
Nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırıldı
16.07.2026, 18:03 CƏMİYYƏT
-
Qadınları şantaj edən şəxslər saxlanıldı - Polis əməliyyatı
16.07.2026, 17:52 KRİMİNAL
-
Bakı Şəhər Prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
16.07.2026, 17:28 CƏMİYYƏT
-
Deputat Kəmaləddin Qafarov Naxçıvana "ayaq açdı" - 5 milyonluq tenderdə qalib oldu
16.07.2026, 17:12 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
16.07.2026, 17:00 İQTİSADİYYAT
-
Mənzil kirayəsi: müqaviləsiz hansı risklər var?
16.07.2026, 16:47 CƏMİYYƏT
-
Xarici ölkədə verilən elmi adlar... - AAK 9 nəfərin dərəcəsini tanımayıb
16.07.2026, 16:43 CƏMİYYƏT
-
İsrail Livanın cənubunu bombalayıb, əkin sahələri və evlər yandırılb
16.07.2026, 16:27 DÜNYA
-
Əməkdar jurnalist komaya düşüb
16.07.2026, 16:16 PRESS
-
İstanbulda sorğu: hansı partiya öndədir? – SİYAHI
16.07.2026, 16:05 SİYASƏT
-
İran Küveytə dron hücumuna başlayıb
16.07.2026, 15:32 GÜNDƏM
-
Bakı–Balakən-Bakı sərnişin qatarının fəaliyyəti müvəqqəti dayandırılır
16.07.2026, 15:09 CƏMİYYƏT
-
BİRİNCİ MÜAVİN HƏM MÜŞAVİR, HƏM DƏ... - "Azəriqaz"ın ikinci şəxsi barədə elə fakt yayıldı ki... (FOTOLAR)
16.07.2026, 15:05 CƏMİYYƏT
-
"Araz-Naxçıvan" əcnəbi futbolçu ilə anlaşıb.
16.07.2026, 14:59 İDMAN
-
Azərbaycan, Türkiyə və Gürcüstan birgə hərbi təlimə başlayır
16.07.2026, 14:49 GÜNDƏM
-
Həm Bakının köməyini istəyir, həm də... - TƏHLİL
16.07.2026, 14:36 SİYASƏT
-
Prokurorluq Qubada 23 yaşlı qadının ölümü ilə bağlı açıqlama yaydı
16.07.2026, 14:28 KRİMİNAL
-
Deputat "Azərbaycanda pullu insanlara qarşı çox böyük qısqanclıq, paxıllıq var" deyir - Bəs ekspertlərin rəyi necədir?
16.07.2026, 14:27 SİYASƏT
-
ONLAR YENİ İŞ TƏKLİFİNƏ "YOX" DEDİ - Naxçıvanda qeyri-adi istefalar (FOTOLAR)
16.07.2026, 14:21 SİYASƏT
-
Cavid Qurbanov qalmaqallı ittihamlarla vəzifədən çıxarılan nazir müavininə yüksək vəzifə verdi - FOTOLAR (Yenilənib)
16.07.2026, 14:11 İDMAN
-
Keçmiş məhkəmə hakimi ilə sədr Vəkillər Kollegiyasından xaric edildi
16.07.2026, 13:40 CƏMİYYƏT
-
İstanbulda sərnişin avtobusundan 120 tapança çıxdı
16.07.2026, 13:39 DÜNYA
-
"Azəriqaz"da şöbə ləğv olundu, yerində departament yaradıldı - Təyinat
16.07.2026, 13:19 CƏMİYYƏT