Kəlbəcərdə iki kənddəki mövqelərimiz atəşə tutuldu: "Şəxsi heyət arasında itki yoxdur"

Kəlbəcərdə iki kənddəki mövqelərimiz atəşə tutuldu: "Şəxsi heyət arasında itki yoxdur"

GÜNDƏM

27.07.2021, 18:11

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Mia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qarşı tərəf cavab atəşi ilə susdurulub: "Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR