ANS efirə dönür? - Vahid Mustafayevdən nikbin açıqlama
26-07-2021 [12:47]
"Şayiələrə uymayın! Azərbaycan xalqının davamlı tələbinə tabe olaraq, ANS yayım lisenziyasını almaq üçün MTRŞ-nın bu tenderində də iştirak edir".
Mia.az xəbər verir ki, bu sözləri keçmiş ANS-in sahibi Vahid Mustafayev sosial şəbəkədəki səhifəsində yazıb.
O bildirib ki, MTRŞ təhsil verəcək və maarifləndirəcək TV ilə bağlı müsabiqə elan edəndə, ANS Şirkətlər Qrupuna bağlı üç şirkət (İNS ÇM, Balans və istipress) sənədləri hazırlayıb və MTRŞ-ya təqdim edib:
"Bütün sənədlər də həmişəki kimi qaydasındadır; həm hüquqi sənədlər, həm təşkilati, həm də maddi-texniki baza barədə məlumatlar. İyulun 23-də MTRŞ üzvləri maddi-texniki bazaları yoxlamaq üçün avadanlıqların olduğu ərazilərə də baş çəkdilər və hər şeyin qaydasında olduğunu dillərinə gətirdilər və bu barədə müvafiq aktlara imzalar atıldı.
Eşidəndə çox şad oldum və fərəhləndim ki, ANS TV-nin aparıcılarından biri də (“Qulp” verilişinin müəllifi və aparıcısı Mübariz Əsgərovu nəzərdə tuturam) artıq MTRŞ komissiya üzvüdür. Ümidvaram, Mübariz xatırlayır ki, Azərbaycanda maarifləndirmə işlərinin aparılmasında ANS-in rolu danılmazdır".
V.Mustafayevinn sözlərinə görə, illərlə bütün orta məktəblilərin gözlədiyi və sevimlisi olan “Ağıl dəryası” verilişi birbaşa təhsillə bağlı idi və məhz ANS-in bu verilişi sayəsində qalib şagirdlər dünyanın aparıcı ali təhsil müəssisələrinə göndərilib:
"Özü də ödənişsiz! Təhsil xərclərini ANS TV ödəyirdi!. Digər verilişlər də məhz təhsil verir, insanları maarifləndirir, Azərbaycanın və dünya çaplı məşhur insanlar barədə tamaşaçıları hərtərəfli məlumatlandırırdı. “Dahilərin divanı”, “Şəxsiyyət vəsiqəsi”, “Keçmişə salam”, “Kamerton” və sair verilişlər bu qəbildəndir. ANS-in əsas xətti isə şagirdlərimizi, tələbələrimizi və ümumiyyətlə, gənclərimizi Vətənpərvərlik ruhunda tərbiyə etmək və onları Vətənimizə layiq Vətəndaş böyütmək idi. Məhz bu səbəbdən ANS-i tanıyan hər bir Azərbaycanlı, böyükdən balacayadək, kanalı hər zaman Vətənpərvər adlandırır. Unutmayaq ki, Vətənimizin və regionun bütün müasir tarixinin videoarxivi də ANS-dədir və təhsil işində, həm nəzəri, həm də praktiki cəhətdən vacib olan bu dərsliyin maarifçilikdə xüsusi yeri var. Onu da unutmayaq ki, ANS Akademiyasının məzunları bu gün Azərbaycanımızın ən yüksək dövlət və biznes pillələrində özlərinə yer tapıblar və xalqımıza layiqincə qulluq edirlər. Bu, öz növbəsində, bir daha ANS-in yüksək peşəkarlıqla tədris işini aparmaqda vacib alətlərinin və ən əsası, təcrübəsinin olmasından bəhs edir! Yəni bu istiqamətdə savadımız da var, bacarığımız da! Ən azı, digər iştirakçılardan fərqli olaraq bu işdə 30 illik təcrübəmiz var! Ona görə də bu müsabiqədən qalib çıxacağımıza inamım var! Çünki Dövlətimə və onun yeni, gənc komandasına inanıram!".
O, sonda bildirib ki, ANS-in konsepsiyasının əsasını təşkil edən DƏQİQ, QƏRƏZSİZ VƏ VİCDANLILIQ prinsiplərinə zidd olan hər hansı təklif yenə də qəbul edilməyəcək.
Mia.az
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq
Sabunçuda avtomobillə motosiklet toqquşub, ölən var
Füceyrə limanından 40 km məsafədə tanker naməlum mərmi ilə vurulub
Erlinq Haaland "Mançester Siti"dən ayrılacaq