Tokio-2020 Yay Olimpiya Oyunlarının açılışı belə oldu - VİDEO

img

23-07-2021 [17:27]


Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir.

Məlumata görə, Yaponiya Milli Stadionunda baş tutan tədbirdə 950 rəsmi şəxs iştirak edir.

Açılışda əvvəlcə müxtəlif kompazisiyalar icra edilib və atəşfəşanlıq olub. Daha sonra Yaponiya bayrağı arenaya gətirilib və dövlət himni səsləndirilib.

"İrəliyə hərəkət" adlanan açılış mərasimində koronavirus pandemiyası qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, həmçinin 2011-ci ildə Yaponiya tarixindəki ən dağıdıcı zəlzələdən sonra ölkənin yenidən bərpasını əks etdirən kompazisiya göstərilib.

Mərasim iştirakçıları meydanın mərkəzində ağacdan Olimpiya halqaları düzəldiblər və bütün bunlar fişənglərlə müşayiət olunub.

Daha sonra iştirakçı ölkələrin nümayəndə heyətinin paradı baş tutub. Parad iştirakçıları tibbi maskalardan istifadə ediblər. Argentinanın nümayəndə heyəti paraddan keçərkən "Tullanmayan argentinalı deyil" şüarı səsləndiriblər. Tokio-2020-nin Təşkilat Komitəsi isə bununla bağlı rəsmi tvitter səhifəsində "Sakit ol, Argentina! Təbii ki, bu, zarafatdır, biz də sizin kimi həyəcanlıyıq" paylaşımı edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR