Ermənistanda seçki gərginliyi artıb: məntəqədə atışma olub

Ermənistanda seçki gərginliyi artıb: məntəqədə atışma olub

GÜNDƏM

20.06.2021, 14:22

Ermənistanın Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub.

Bu barədə ölkə polisi məlumat yayıb.

Qeyd edilir ki, insident Azataşen kəndindəki seçki məntəqəsində baş verib. Hadisə yerinə operativ qrup göndərilib.

Məlumata görə, “Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının üzvləri arasında mübahisə yaranıb. Mübahisə zamanı qaz tapançasından atəş açılıb.

“Silah maddi sübut kimi götürülüb, təhqiqat aparılır”, - polisin məlumatında bildirilir.

Bu gün Ermənistanda uzun müddətdir davam edən daxili ictimai-siyasi böhran şəraitində növbədənkənar parlament seçkiləri keçirilir. Seçkilərdə 21 partiya və 4 seçki bloku iştirak edir. Parlament seçkilərində bir sıra qanunsuzluqlar qeydə alınıb/Report.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR