Azərbaycanda daha 56 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb - Qərargah son məlumatı yaydı

img

20-06-2021 [16:35]


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə indiyədək ölkədə ümumilikdə 335 493 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 550 nəfər müalicə olunaraq sağalıb, 4 962 nəfər vəfat edib. Aktiv xəstə sayı 981 nəfər təşkil edir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 581, bu günə qədər isə ümumilikdə 3 675 862 test icra olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub