Rəsmi Tbilisi: “Azərbaycan və Ermənistanla birgə üçtərəfli formatda çalışmağa hazırıq” - "Bunsuz regionda uzunmüddətli sülh əldə edilməyəcək"
19-06-2021 [12:08]
“Regional əməkdaşlığın inkişafı Gürcüstan üçün prioritetdir. İnanıram ki, bölgədəki qonşularımız üçün də bu belədir”.
Bu fikirləri Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Antalya Diplomatiya Forumunda “Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanları” panelində çıxışında deyib.
Onun sözlərinə görə, Gürcüstanın Azərbaycanla əla münasibətləri var: “Azərbaycan bizim strateji tərəfdaşımızdır. Türkiyə də həmçinin. Ermənistanla tarixi yaxın dostluq münasibətlərimiz var. Regional əməkdaşlıq üçün böyük imkanlar mövcuddur. Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın əla praktiki nümunələri var. Biz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi və digər layihələrdə iştirak edirik. Bu layihələr praktiki əməkdaşlığın nümayişidir. Bu mesajı bölgədəki digər ölkələrə, ermənistanlı həmkarlarımıza da göndəririk. Biz Azərbaycan və Ermənistanla birgə üçtərəfli formatda çalışmağa, iqtisadi əməkdaşlıq üzrə konkret layihə və ideyaları inkişaf etdirməyə hazırıq. Bu sahələr nəqliyyat, rabitə, Qara və Xəzər dənizlərinin potensialının istifadəsi, humanitar, biznes və ticari əlaqələr, mədəni sahələri əhatə edə bilər. Türkiyə, ABŞ, Avropa İttifaqının də bu layihələrə qoşulması və inkişafı imkanlarını nəzərdən keçirmək olar. Çünki mühüm əhəmiyyətli iqtisadi layihələr olmadan sabitlik mümkün deyil, sabitlik olmadan isə inkişaf və tərəqqi yoxdur”.
D.Zalkaliani Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə olunan humanitar razılaşmaya da toxunub. “Bu razılşma yaxşı başlanğıcdır. Bu prosesin inkişaf potensialı var. Ümid edirəm ki, Ermənistandakı seçkilərdən sonra üçtərəfli əməkdaşlıqla bağlı müzakirələri davam etdirmək imkanı olacaq. Türkiyə, ABŞ və Avropa İttifaqının də bu regional əməkdaşlıqda vacib rol oynayacağına inanıram”./Report
XİN başçısı əlavə eidb ki, bölgədə birbaşa danışıqlar və təmaslar, əməkdaşlıq olmadan regionda uzunmüddətli sülh əldə edilməyəcək.
O, Cənubi Qafqaz bölgəsindəki hər bir ölkənin üstünlükləri və rolunun olduğunu bildirib: “Strateji tərəfdaşımız Azərbaycanın öz rolu var. Azərbaycan bölgədə mühüm oyunçu kimi Xəzər dənizindən neft və qazı Gürcüstan vasitəsilə Türkiyəyə nəql edən geostrateji və geosiyasi cəhətdən mühüm layihələri inkişaf etdirir. Bu layihələr gələcəkdə daha da genişləndirilə bilər".
XİN başçısı qeyd edib ki, Ermənistanın regional əməkdaşlıqla bağlı müzakirələrə cəlb edilməsi Cənubi Qafqazda gələcək sülh və inkişaf üçün əlverişli mühit yarada bilər.
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı