Mehrac Babayev istintaqa cəlb olunub, yoxsa... - Vüqar Səfərlinin cinayət işi ilə bağlı yeni məqamlar
18-05-2021 [11:26]
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbəri Vüqar Səfərlinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Vüqar Səfərli və “Portos” MMC-nin direktoru Nadir Məmmədovun barəsində olan həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb. Vüqar Səfərlinin növbəti dəfə məhkəmə qarşısına çıxarılması vaxtilə biznes ortaqları sayılan, indi isə hüquqi baxımdan cinayət ortaqları statusuna gələn “dostları”nın məsələsini yenidən gündəmə daşıyıb.
Baş Prokurorluğun yaydığı rəsmi məlumatda Vüqar Səfərli və əməkdaşlarının digər şəxslərlə əlbir olması xüsusi olaraq vurğulanır. Qeyd olunur ki, rəsmi sənədlərə yalan məlumatlar daxil edilərək xüsusilə külli miqdarda ziyan vurulmaqla mənimsəmələrinə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və digər qanunsuz əməllər törətmələrinə əsaslı şübhələr müəyyən edilib.
Belə ki, aparılmış istintaqla müəyyən edilib ki, fondun icraçı direktoru Vüqar Səfərli, Nadir Məmmədov və qeyriləri ilə qabaqcadan əlbir olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və yaşayış evlərinin tikintisi ilə bağlı 2013-2019-cu illər ərzində dövlət tərəfindən KİVDF-yə ayrılmış vəsaiti layihə və smeta sənədlərində iş həcmini əsassız şişirdib, işlərin və materialların dəyərini müəyyən edilmiş qiymətlərdən artıq göstərilməklə “Portos” MMC-nin bank hesablarına köçürüb, bununla da mətbuat işçiləri üçün Bakı şəhəri, Səbayel rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi ərazisində yaşayış binalarının tikintisi üzrə ayrılmış xüsusilə külli miqdarda pul vəsaitini mənimsəyib, qeyd edilən cinayət əməllərinin aşkar olunmasının qarşısını almaq məqsədilə əlbir olduğu şəxslərlə birlikdə yerinə yetirilmiş işlərin qəbulu haqqında “Forma 2″ aktlarında ayrılmış vəsaitlərin tam həcmdə binanın tikintisinə sərf edilməsinə dair yalan məlumatlar daxil edib şəxsən təsdiq etməklə vəzifə saxtakarlığı da törədib.
Rəsmi məlumatda Vüqar Səfərlinin “dostları” bir daha icarə məsələlərindəki yeyintilərlə bağlı xatırlanır. Qeyd olunur ki, V.Səfərli digər şəxslərlə qabaqcadan əlbir olaraq qurumun fəaliyyətinin təşkili üçün inzibati bina üzrə münasib yerin ayrılması və ya qeyri-yaşayış sahəsinin aşağı qiymətlərlə icarəyə verilməsi üçün Nazirlər Kabinetinin qərarları ilə müəyyən edilən qanuni prosedurlara qəsdən əməl etməyib. Fondun maliyyələşməsinin həyata keçirildiyi dövlət büdcəsindən ayrılmış vəsait üzrə icarə xərclərinin özünün əvvəllər sədri olduğu, sonradan isə özünə yaxın şəxslərin fəaliyyətlərinə faktiki nəzarəti həyata keçirməkdə davam etdiyi şirkətlərə, habelə yaxın münasibətdə olduğu digər şəxslərə gəlir qismində verilməsinə nail olmaqdan ötrü həmin şəxslərin xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 23L ünvanında yerləşən müəssisə binasının 3-cü mərtəbəsinin fondun inzibati istifadəsinə verilməsi məqsədilə maddi baxımdan fond üçün daha ağır şərtlərlə icarəyə götürülməsinə dair müqavilələr bağlayıb. 2011-2019-cu illər ərzində cəmi 812 min manat məbləğində pul vəsaitini icarə haqqı adı ilə köçürməklə dövlət büdcəsinə külli miqdarda ziyan vurub. Vüqar Səfərli 2015-2018-ci illər ərzində cinayət yolu ilə əldə edilmiş cəmi 5 milyon 796 min manatı külli miqdarda leqallaşdırmaqda ittiham olunur.
Yoxlamalar əsasən jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də audit yoxlamalarına binanı inşa edən “Portos İnşaat” da cəlb edilib.
Ən çox diqqəti cəlb edən odur ki, Vüqar Səfərli ilə bu tikinti maxinasiyasında iştirak edən “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayev və digərləri kimlərinsə əli ilə cəzadan uzaqlaşdırılır. Jurnalistlərin binasını qeyri-rəsmi olaraq Mehrac Babayev tikib. Maraqlıdır ki, Vüqar Səfərli tikinti şirkətinin sahibi olan Mehrac Babayevin özünü belə KİVDF-yə işə qəbul edib, ona aylıq maaş yazılıb!
Baş Prokurorluğun mətbuat xidmətinə Mehrac Babayevlə bağlı sorğu ünvanlayıb aşağıdakı suallara aydınlıq gətirilməsini xahiş etdik:
– Mehrac Babayevin KİVDF-yə ayrılan pulların mənimsənilməsində iştirakı olubmu?
– Mehrac Babayev Vüqar Səfərli və qeyrilərinin işi üzrə istintaqa dəvət olunubmu?
– Olunubsa, hansı statusda – təqsirləndirilən şəxs, yoxsa şahid qismində?
Xidmətdən veriləcək cavabı təqdim edəcəyik.
Musavat.com
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Prezident İlham Əliyev Almaniya Kansleri ilə görüşüb: "Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır" - VİDEO, FOTOLAR (Yenilənib)
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar
"Yeni Klinika"da müəmma: mühafizə rəisi tutulub - Baş direktorun qohumu nədə ittiham olunur?
Nazir, komitə sədri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Zəlimxan Məmmədlinin Gürcüstana giriş qadağası ləğv olundu: "İlham Əliyevə yurd həsrətimə son qoyduğu üçün..."
Azərbaycan nefti ucuzlaşıb