Nazir direktorların işə qəbulu ilə bağlı müsahibələrin keçirilmə tarixini açıqladı

Nazir direktorların işə qəbulu ilə bağlı müsahibələrin keçirilmə tarixini açıqladı

CƏMİYYƏT

08.05.2021, 16:45

"Direktorların işə qəbulu ilə bağlı müsahibələrin may-sentyabr aylarında keçirilməsi planlaşdırılır".

Mia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, yeni tədris ilinə kimi prosesin yekunlaşdırılması nəzərdə tutulub.

Nazirin sözlərinə görə, yay ayları ərzində sertifakatlaşdırmanın aparılması planlaşdırılmır: “Sertifakatlaşdırmanın bu il ərzində hansısa qrup üzrə keçirilməsinə ümid edirik. Bu, ilin sonuna qədər, yəni payız aylarında mümkün ola bilər. Pandemiya ilə əlaqəli bu işi yaxın aylarda keçirə bilmərik. Sertifaksiya Azərbaycanda müəllimlərin peşə hazırlığı keyfiyyətinin daha da yaxşılaşmasına xidmət edəcək. Sınaq imtahanlarının keçirilməsi də planlaşdırılır”.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR