PA-nın aparat rəhbəri nazir və dövlət rəsmilərini topladı: nələr müzakirə olundu? - FOTOLAR
06-05-2021 [19:59]
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci ilin 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının videoformatda növbəti, 5-ci iclası keçirilib.
Mia.az xəbər verir ki, iclası açan Prezident Administrasiyasının və Qərargahın rəhbəri Samir Nuriyev işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işlərinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu, həyata keçiriləcək fəaliyyətlər ilə bağlı mühüm istiqamətlərin müəyyənləşdirildiyini qeyd edib.
Samir Nuriyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən də qeyd edildiyi kimi, işğaldan azad olunmuş torpaqlarımızda işğalçı Ermənistan tərəfindən şəhər və kəndlərimiz viran qoyulub, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib ki, bu da böyük miqyasda planlaşdırma və bərpa işlərinin həyata keçirilməsinin tələb edildiyini göstərir.
İclasda işğaldan azad edilmiş ərazilərdə həlledici əhəmiyyət kəsb edən minalardan təmizləmə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin 2021-2025-ci illər üzrə bərpası və dayanıqlı inkişafı” Dövlət Proqramının hazırlanması istiqamətində görülən işlər, keçmiş məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı, işğaldan azad olunmuş ərazilərdə enerji təminatı və xüsusilə də “Yaşıl enerji” məsələləri, şəhərsalma və nəqliyyat-rabitə infrastrukturunun qurulması, ADA Universiteti tərəfindən aparılan “Azərbaycanın postkonflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması” tədqiqat işi çərçivəsində görülən işlər və keçirilmiş sorğuların nəticələri üzrə məruzələr dinlənilib və müvafiq tapşırıqlar verilib.
İclasda dövlət başçısının tapşırıqlarına uyğun olaraq işlərin sürət və keyfiyyətin vəhdəti nəzərə alınmaqla aparılmasının vacibliyi vurğulanıb.
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq