"Qarabağ" "Zirə"ni məğlub edə bilmədi

img

04-05-2021 [20:01]


Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.

Məlumata görə, çempionluğa iddialı komandalardan "Qarabağ" "Zirə"ni qəbul edib. "Azersun Arena"dakı matç 1:1 hesabı ilə yekunlaşıb.

"Zirə"nin heyətində Fakundo Melivilo 17-ci dəqiqədə hesabı açıb. 2 dəqiqə sonra isə Abdullah Zubir tarazlığı bərpa edib.

Bu nəticədən sonra lider "Qarabağ" xallarının sayını 51-ə çatdırıb və ikinci sıradakı "Neftçi" ilə xal fərqi birə enib. "Zirə" isə 34 xalla üçüncü sıraya yüksəlib.

Qeyd edək ki, turun digər oyunlarında "Neftçi" səfərdə "Keşlə"ni 3:0, "Səbail" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR