Dünya çempionatı: millimizin rəqibləri bəlli oldu

img

30-04-2021 [16:03]


Qadın futbolçulardan ibarət yığmalar arasında 2023-cü ildə Avstraliya və Yeni Zelandiyada keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılıb.

Məlumata görə, Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Püşkatmaya 4-cü səbətdən qoşulan yığma Danimarka, Rusiya, Bosniya və Herseqovina, Malta və Monteneqro seçmələri ilə E qrupuna düşüb.

Qeyd edək ki, dünya çempionatı 10 iyul - 20 avqustda təşkil olunacaq. Seçmə mərhələnin oyunları bu ilin sentyabrında start götürəcək və 2022-ci ilin avqustunadək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR