ORTA ASİYA SAVAŞ ASTANASINDA: bu dəfə taciklər qırğız kəndlərini atəşə tutur, 5 kənd boşaldıldı, 28 minə yaxın insan evindən didərgin düşdü + VİDEO (YENİLƏNİB)
DÜNYA
01.05.2021, 11:54
Qırğızıstan hakimiyyəti Tacikistanla sərhədyanı məntəqədən 27 358 nəfər vətəndaşını təxliyə edib.
“24.kg” xəbər verir ki, bunu Qırğız Respublikası səhiyyə nazirinin birinci müavini Aliza Soltonbekov mayın 1-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təxliyə edilənlərə psixoterapevt və psixoloq qrupu yardım edir:
“Onlara pulsuz tibbi xidmət göstərilir. Arka, Ak-Tatır, Samarkandek, Janı-Jer, Kulundu kəndlərinin sakinləri təxliyə olunub” .
O, aprelin 28 və 29-da Tacikstan sərhədçilərinin açdığı atəş nəticəsində yaralanan 163 nəfərin tibbi yardım üçün müraciət etdiyini, 33 nəfərin isə öldüyünü bildirib/Report.
Xatırladaq ki, dünən Tacikistan hərbçiləri Qırğız Republikasının sərhədyanı Arka kəndindəki mülki əhalinin yaşadığı evləri atəşə tutub.
“RİA Novosti” xəbər verir ki, bunu Qırğızıstanın Sərhəd Xidməti bildirib.
Məlumata görə, atəşə tutulan kəndin sakinləri aprelin 29-da baş verən hadisədən sonra təxliyə edilib. Bildirilib ki, Tacikistanla sərhəddə vəziyyət gərgindir. Qırğızıstan sərhədçiləri müdafiə mövqeyi tutub.
Məlumata görə, Tacikistan tərəfi Qırğızıstanla sərhəddə əlavə hərbi qüvvə toplayır.
Qeyd edək ki, aprelin 28 və 29-da Tacikistan hərbçilərinin açdığı atəş nəticəsində Qırğızıstanın 163 vətəndaşı yaralanıb, 31-i ölüb. Qarşı tərəf isə 3 vətəndaşının öldüyünü bildirib.
***
Qırğız Respublikasının prezidenti Sadır Japarovla Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon arasında bu gün telefon danışığı baş tutub.
Qırğız Respublikası prezidentinin rəsmi saytı xəbər verir ki, söhbət zamanı ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsiplərinə əsaslanan mehriban qonşuluq ruhunda konstruktiv dialoq baş tutub.
Dövlət başçıları Qırğız Respublikası-Tacikistan sərhədindəki vəziyyətin tez bir müddətdə de-eskalasiyası ilə bağlı tədbirləri də müzakirə ediblər. Onlar mövcud vəziyyəti yalnız sülh yolu ilə həll etmək və mayın ikinci yarısında Düşənbədə görüş keçirmək barədə razılığa gəliblər.
Mayın 1-də tərəflər arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı danışıqlar baş tutacaq.
Sərhəddə vəziyyət aprelin 29-da gərginləşib. Qırğız Respublikası və Tacikistan hərbçiləri arasında 6 saatdan çox toqquşmalar baş verib.
Qırğız və tacik xarici işlər nazirlikləri danışıqlardan sonra atəşkəs və hərbçilərin geri çəkilməsinə dair razılığa gəliblər. Ancaq bu gün sərhəddə atışmanın yenidən başladığı bildirilib/Report.
***
Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma başlayıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Qırğızıstanın Batken vilayətinin daxili işlər idarəsi məlumat yayıb.
İki ölkənin sərhədində vəziyyət aprelin 28-də kəskinləşib. Belə ki, ərazidə yerləşən “Qolovnoy” supaylama stansiyası yaxınlığındakı qırğız və tacik kəndlərinin sakinləri arasında qarşıdurma yaranıb. Qeyd edək ki, tərəflərdən hər biri supaylama stansiyasının ərazisinin özünə məxsus olduğunu iddia edir.
Xatırladaq ki, dünəndən baş verən qarşıdurmada hər iki tərəfdən azı 20 nəfərin öldüyü bildirilir.
***
Tacikistanla sərhəddə baş vermiş atışmada həyatını itirən Qırğızıstan vətəndaşlarının sayı 31 nəfərə çatıb.
Bu barədə bu gün Qırğızıstan səhiyyə nazirinin müavini keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sərhəddə baş vermiş atışmada xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 154 nəfərdir.
Nazir müavini qeyd edib ki, xəsarət alan 154 nəfərdən 121-i mülki şəxsdir/APA.
****
Qırğızıstan və Tacikistan xarici işlər nazirləri aprelin 29-u yerli vaxtla saat 20:00-dan etibarən sərhəd bölgəsində atəşkəs elan edilməsi barədə razılığa gəliblər.
TASS xəbər verir ki, bu barədə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb: “Xarici işlər nazirləri (Ruslan Kazakbayev və Sirociddin Muhriddin) arasında aparılan bir neçə danışıq nəticəsində saat 20:00-dan etibarən tam atəşkəs elan olunması və hərbi qüvvələrin əvvəlki yerləşmə mövqelərinə geri çəkilməsinə dair razılaşma əldə edilib”.
Qırğızıstan və Tacikistan həmçinin cümə axşamı münaqişənin yaşandığı sərhəd bölgəsində birlikdə patrul xidməti aparmaq və monitorinq həyata keçirmək qərarına gəlib.
***
Qırğızıstan Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələri Tacikistanın sərhəd postunu ələ keçirib.
“RİA Novosti” xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Sərhəd Xidməti yayıb/Report.
Rəsmi Düşənbə Qırğızıstan hərbçilərini Tacikistan sərhədçilərinə atəş açmaqda günahlandırıb.
TASS-ın məlumatına görə, bu barədə Tacikistan Dövlət Təhlükəsizlik Komitəsindən bildirilib.
Qeyd olunub ki, aprelin 29-da, saat 13:05-də (Bakı vatı ilə 12:05-də) “Qolovnoy” su paylama məntəqəsinin İsfara çayının yuxarı axarında yerləşən hissəsində Qırğızıstan hərbçiləri Tacikistan Sərhəd Qoşunlarının hərbi qulluqçularına atəş açıblar.
Düşənbə Qırğızıstan tərəfinin bu hərəkətlərini Tacikistanla ikitərəfli müqavilələrin pozulması kimi qiymətləndirib. Qeyd olunub ki, 1924-1927-cu illərin, eləcə də 1989-cu ilin xəritələrinə uyğun olaraq münaqişəyə səbəb olmuş “Qolovnoy” su paylama məntəqəsi tamamilə Tacikistan Respublikasına məxsusdur və 1968-ci ildən bəri Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarının sərhəd bölgələrinin suvarma və su təchizatı üçün istifadə edilir.
“İnterfaks” isə Qırğızıstanın Batken rayonu icra hakiminin müavini Marufxan Tulayevə istinadən xəbər verir ki, atəşi Tacikistan tərəfi açıb və bundan sonra qırğız sərhədçiləri cavab atəşi açıblar.
Hadisə nəticəsində 4 nəfər yaralanıb. Başından güllə yarası almış tacik vətəndaşlarından birinin vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir./Report.
***
Bu arada Qırğızıstan parlamentinin sədri Talant Mamıtov açıq şəkildə qonşu ölkəni hərbi güclə hədələyib.
Spiker bildirib ki, Qırğızıstan Tacikistana cavab vermək üçün kifayət qədər hərbi gücə malikdir: Tacikistan tərəfi təxribatlara gedərsə, onlara cavab vermək üçün kifayət qədər hərbi gücümüz var”.
***
Xatırladaq ki, bu gün Qırğız Respublikasının prezidenti Sadır Japarov Tacikistanla sərhəddəki hadisəyə görə hökumət üzvləri ilə əməliyyat müşavirəsi keçirib.
Bildirilib ki, güc strukturlarının başçıları prezidenti hadisə ilə bağlı məlumatlandırıb.
Qırğızıstan tərəfi Tacikistan hərbçilərini minatan və pulemyotdan atəş açmaqda ittiham edir.
Onu da qeyd edək ki, dünəndən tərəflər arasında yaşanan qarşıdırmada ölən və yaralananlar var.
Mia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Qırğız Respublikasının Səhiyyə Nazirliyi Tacikistanla sərhəddə baş verən atışma nəticəsində 31 nəfər yaralandığını, 1 nəfərin isə öldüyünü elan edib.
Tacikistan tərəfi isə İsfar şəhərinin meri ilə yanaşı, daha 2 vətəndaşın yaralandığını açıqlayıb.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
DÇ-2026: Fransa qalib gəldi (Yenilənib)
Bugün, 00:59 İDMAN
-
İsrail Təhlükəsizlik Şurasında gərginlik yaranıb – Baş nazir generalı təhdid edib
Bugün, 00:58 DÜNYA
-
Deputatdan yayılan videoya reaksiya: "Şərəfsizdirlər" - “Bu videonun bizimlə heç bir əlaqəsi yoxdur"
Bugün, 00:15 SİYASƏT
-
Əgər Özgür Özəl yeni bir partiya qurarsa… - Mansur Yavaş qərarını açıqladı
Bugün, 00:03 SİYASƏT
-
İran və ABŞ arasında razılaşmanın detalları mediaya sızdı - Nələr var? (SİYAHI)
Bugün, 00:01 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 CƏMİYYƏT
-
Tanınmış vəkilin qızı motosiklet qəzasında dünyasını dəyişib
16.06.2026, 23:27 PRESS
-
Yusif Nəğməkar – Vətən qədər böyük ürəyin və poeziyanın sahibi
16.06.2026, 23:20 MƏDƏNİYYƏT
-
SOCAR-ın vitse-prezidenti: "Bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansındakı payı..."
16.06.2026, 22:45 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Bağdad Amreyevlə müzakirə aparıb
16.06.2026, 19:55 SİYASƏT
-
Avropa Liqası: "Qarabağ"ın rəqibi bilindi
16.06.2026, 19:06 İDMAN
-
Bakının bəzi yerlərində iki gündür su niyə yoxdur? - Şikayət + Rəsmi açıqlama
16.06.2026, 18:56 CƏMİYYƏT
-
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - Ermənistan vətəndaşları Bakıda yenidən hakim qarşısında + FOTOLAR
16.06.2026, 18:10 GÜNDƏM
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi müəyyənləşib
16.06.2026, 18:01 İDMAN
-
Tovuzda 22 yaşlı oğlan çayda batıb
16.06.2026, 17:57 CƏMİYYƏT
-
QHT-lər ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı
16.06.2026, 17:54 SİYASƏT
-
Türk klublarının Avropadakı rəqibləri müəyyənləşir
16.06.2026, 17:41 İDMAN
-
DEPUTATLAR TOPLANIR - Hansı qanunlar dəyişir? (SİYAHI)
16.06.2026, 17:18 GÜNDƏM
-
Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə təhsil... - İmtahan oldu
16.06.2026, 17:09 CƏMİYYƏT
-
Boğaz açıldı, neft sürətlə ucuzlaşdı - “Brent“ 80 dollardan aşağı düşdü
16.06.2026, 17:03 İQTİSADİYYAT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
16.06.2026, 17:00 İQTİSADİYYAT
-
Baş nazir Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb - FOTOLAR
16.06.2026, 16:46 GÜNDƏM
-
Bəzi rayonlara dolu düşəcək - Xəbərdarlıq
16.06.2026, 16:34 GÜNDƏM
-
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib - FOTOLAR
16.06.2026, 16:29 İQTİSADİYYAT
-
Bakcell “AI Strategy Summit | Baku 2026” tədbirinin əsas tərəfdaşı olub - FOTOLAR
16.06.2026, 16:21 CƏMİYYƏT
-
“Araz-Naxçıvan”a yeni baş məşqçi təyin olunub
16.06.2026, 16:19 İDMAN
-
“Tamstore” marketlər şəbəkəsində qəza oldu - VİDEO
16.06.2026, 16:10 CƏMİYYƏT
-
Azərbaycan Prezidenti ilə Niderlandın Baş naziri arasındatelefon danışığı olub
16.06.2026, 16:04 GÜNDƏM
-
Polkovnik Rasim İldırım həbs edildi - Məhkəmə prosesi
16.06.2026, 15:56 KRİMİNAL
-
Sığorta fermərə fırıldaq gəlib? - Prezidentin köməkçisi tapşırıq verdi
16.06.2026, 15:16 İQTİSADİYYAT
-
Prezidentin köməkçisi və nazirlər daha bir bölgədə - Müşavirə keçirildi, tapşırıqlar verildi (Yenilənib)
16.06.2026, 15:03 GÜNDƏM
-
Tramp: "İranda rejim dəyişikliyinə inanmıram” – “Bibi indi daha məsuliyyətli davranmalıdır”
16.06.2026, 14:58 SİYASƏT
-
Azercell-in dəstəyi ilə “RobotChallenge Azerbaijan 2026” uğurla başa çatdı - FOTOLAR
16.06.2026, 14:39 CƏMİYYƏT
-
Əli Əsədov yeni qərar imzalayıb
16.06.2026, 14:24 İQTİSADİYYAT