“Yuventus”un prezidenti: “Premyer Liqa klubları olmadan Superliqa davam edə bilməz”

img

21-04-2021 [13:27]


“Yuventus”un prezidenti Andrea Anyelli Avropa Superliqasının baş tutmasına ümidini itirib.

Bunu yeni yaradılan turnirin vitse-prezidenti təyin edilən Anyelli yerli mətbuata açıqlamasında bildirib.

O, İngiltərə klublarının yarışdan imtina qərarından sonra Superliqanın keçirilmə ehtimalının qalmadığını etiraf edib: “Premyer Liqa klubları olmadan Superliqa davam edə bilməz”.

Qeyd edək ki, Avropa Superliqasında 12 klubun iştirakı təsdiqlənsə də, İngiltərənin 6 klubu sonradan yarışdan imtina edib/ApaSport


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA