PREZİDENT QARABAĞDAN DANIŞDI, MOSKVA, ABŞ VƏ YEREVANA MESAJLAR VERDİ: "Vəziyyət çox kövrəkdir, əgər Ermənistan qisas almağa çalışsa..." - VİDEO/FOTOLAR

img

13-04-2021 [13:12]


Bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfrans keçirilib.

Mia.az xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

Prezident deyib ki, Ermənistan qisas almağa çalışsa, tamamilə məhv olacaq.

Prezident Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyini, regional üçtərəfli əməkdaşlıq platformaları çərçivəsində fəal əməkdaşlıq etdiyini xatırladıb: “Ancaq Ermənistanın intiqam almaq cəhdləri sıfıra bərabər olmalıdır. Bayaq dediyim kimi, Azərbaycan sülh istəyir, lakin əks təqdirdə, belə cəhdlər olarsa, onları tamamilə məhv edəcəyik”.

***

“Torpaqlarımız 30 il işğal altında olub. Yaxınlarını itirmiş, ata-baba torpaqlarında yaşamaq hüquqlarından məhrum olmuş şəxslərin xatirəsini yaddaşımızdan silə bilmərik.”

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

“Biz Ermənistan və qondarma Dağlıq Qarabağ rejiminin liderləri tərəfindən törədilmiş Xocalı soyqırımını, onun qurbanlarını heç vaxt unuda bilmərik. Bu, yaddaşımız üçün çox vacibdir, bunu qəlbimizdə saxlayacağıq. Ancaq eyni zamanda, gələcəyə baxmalıyıq. Lakin işğal altında olmuş ərazilərdəki dağıntılar ən pis gözləntilərimizi üstələdi, çünki az-çox Ermənistanın bu torpaqlarda nə işlə məşğul olduğu barədə məlumatlı idik, bu torpaqları ziyarət edən beynəlxalq nümayəndələrdən müəyyən məlumatlar, foto və video kadrlar alırdıq”, - İlham Əliyev deyib.

Dövlət başçısı bundan əvvəl Dağlıq Qarabağa qanunsuz səfər etmiş əcnəbilərin hazırda beynəlxalq təşkilatlar və media nümayəndələrinin ziyarət etdikləri ərazilərə getmək imkanlarından məhrum olduğunu da qeyd edib.

“Ermənistan hökuməti xaricilərin Birinci Qarabağ müharibəsindən sonra dağıntıları və azərbaycanlılara qarşı törədilmiş nifrəti görməsini istəmirdi. Çünki müharibə zamanı bütün şəhərləri məhv etmək mümkün deyildi. Onları tədricən dağıdırdılar ki, bu torpaqlarda Azərbaycan irsini, mədəniyyətini məhv etsinlər, bu torpaqları yaddaşımızdan silsinlər, bu torpaqların mənsubiyyətini dəyişdirsinlər”, - Prezident vurğulayıb.

***

“Müharibədən sonrakı vəziyyət çox kövrəkdir. Atəşkəsə riayət olunmasına baxmayaraq, münaqişədən sonrakı inkişafla bağlı hələ çox məsələlər var".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

Prezident çıxışının əvvəlində ADA Universitetinə belə konfrans keçirdiyinə görə təşəkkür edib və bu universitetin Azərbaycanda liderlərdən biri olduğunu deyib.

Dövlət başçısı konfransın əsas mövzusunun münaqişədən sonrakı inkişaf və əməkdaşlıq olduğunu vurğulayıb: “İştiraka görə hər kəsə təşəkkür edirəm. Biz bunu yalnız bölgədə baş verən hadisələrə maraq kimi deyil, həm də 30 ildir işğaldan əziyyət çəkmiş Azərbaycan xalqı ilə həmrəylik əlaməti olaraq qəbul edirik.”.

***

"Münaqişədən sonrakı vəziyyətdən danışırıqsa, gələcək sülh prosesinin bəzi elementlərinə diqqət yetirməliyik".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışı zamanı bildirib.

“Ancaq uzun müddət Azərbaycanı qəsdən iblisləşdirmək, azərbaycanlıları Ermənistanı və ya Qarabağı işğal etmiş düşmən kimi təqdim etmək siyasəti yürüdülüb. Bəlkə də cəmiyyətə vaxt lazımdır ki, bizim nəinki müharibə zamanı, həm də ondan sonra etdiklərimizi anlasınlar. Biz 1500-dən çox əsgərin meyitini Ermənistan tərəfinə qaytarmışıq və hələ də Rusiya sülhməramlıları ilə birlikdə onların axtarışlarında iştirak edirik. Birinci Qarabağ müharibəsindən sonra itkin düşmüş, təxminən, 4 000 əsgərimiz var idi və onlardan heç biri geri qaytarılmadı. Bax, budur fərq”.

PrezDövlət başçısı həmçinin Azərbaycan tərəfinin humanitar məsələləri asanlaşdırmaq üçün öz dəmir yolları vasitəsilə Rusiya sülhməramlılarına nəqliyyat və logistika köməyini göstərdiyini vurğulayıb: “Başqa misallar da gətirə bilərəm. Biz “Qazprom”a ərazimiz vasitəsilə Ermənistana qaz tədarük etməsinə icazə verdik, çünki Rusiya ərazisində təmir işləri aparılır. Biz “xeyr” deyə bilərdik, amma “bəli” dedik. Bu növbəti bir işarədir, jestdir. Biz həmçinin ermənilərin Qubadlı və Zəngilanda yolumuzun 21 kilometrindən istifadə etmələrinə icazə verdik, biz onu bağlamadıq. Bəs onlar işğal zamanı heç olmasa bir metr yoldan istifadə etməyimizə icazə verdilərmi? Bu sadəcə bizim tərəfimizdən bir jest deyil, bu məqsədli şəkildə müharibə səhifəsini çevirmək siyasətidir. Bu mənada biz Ermənistanın vətəndaş cəmiyyətindən daha çox şey gözləyirik, çünki nə Ermənistan hakimiyyəti, nə də müxalifəti nəinki Azərbaycan haqqında müsbət danışmaq, heç bitərəf danışmaq niyyətində deyillər. Çünki, bu, Azərbaycanofobiya konsepsiyası, on illərlə azərbaycanlılara qarşı nifrətin yetişdirilməsi onları hüquqlarından məhrum edirdi. Hesab edirəm ki, onlar erməni xalqına həqiqətləri deməyə başlamalıdırlar, çünki müharibə artıq tarixdə qaldı, münaqişə həll olunub və gələcəyə baxmalıyıq”..

***

“Ermənistanla Azərbaycanın Tovuz, Qazax, Ağstafadan keçən dövlət sərhədində sülhməramlı yoxdur və heç bir şey baş vermir. Üstəlik, Azərbaycan sərhədçiləri hazırda Zəngilanda erməni kəndlərindən 5 metr aralıda durublar. Heç bir şey baş vermir. Ermənistan ordusu məhv edilib, o mövcud deyil.”

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində rusiyalı sülhməramlıların getməsindən sonra Qarabağdakı vəziyyətin necə inkişaf edəcəyi sualını cavablandırarkən deyib.

Prezident Azərbaycan tərəfinin xoşməramlılığına nümunə olaraq Qafanı Yerevanla birləşdirən 21 kilometrlik yolu göstərib: “O, bizim ərazimizdən keçir, orada sərhədçilərimiz dayanıb, orada hətta “Azərbaycana xoş gəlmisiniz” plakatı da quraşdırılıb. Onun niyə orada erməniləri qıcıqlandırdığını bilmirəm, biz sadəcə onları öz ərazimizdə salamlamaq istəyirdik, ora bizim ərazimizdir, amma onlar hətta plakata atəş açıblar. Yolu bağlaya bilərdik, amma bunu etmirik”.

***

“Ermənistan ordusunun Rusiya ilə birlikdə modernləşdirilməsi planları suallar doğurur. Biz öz mövqeyimizi rusiyalı tərəfdaşlarımıza bildirmişik. Bu, nə üçün edilir? Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Rusiyanın sülhməramlı kontingenti regionu tərk edəndən sonra nə olacaq barədə suala cavab verən dövlətimiz başçısı deyib ki, bizim Tovuzda, Zəngilanda Ermənistanla sərhədlərimiz var: “Bizim sərhəd qoşunlarımız Ermənistan tərəfinin bilavasitə yaxınlığındadır. İnsidentlər varmı? Yoxdur. Ermənistan ordusu yoxdur, mənəvi cəhətdən sarsılıb, bizim qoşunlarımız beş metrlikdə dayanıblar. Lakin bizim heç bir hərbi planımız yoxdur”.

***

“Yanvardan bəri ABŞ rəhbərliyindən heç bir mesaj almamışıq. Bu gün artıq aprel ayıdır. Heç bir mesaj yoxdur”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində ABŞ-ın münaqişədən sonrakı dövrdə rolu ilə bağlı sualı cavablandırarkən bildirib.

Azərbaycan Prezidenti deyib ki, ABŞ dövlət katibi Entoni Blinken bir qədər öncə Ermənistanın baş naziri Nikol Paşinyanla telefon əlaqəsi saxlayıb: “Nə barədə danışdıqlarını bilmirəm, amma yenə də tarazlıq pozulub”.

“Onun zəngini gözlədiyimizi demirəm, ancaq o, Minsk qrupunun həmsədr ölkəsini təmsil edir. Ən azından özünün taraz yanaşmasını göstərməlidir”, - İlham Əliyev vurğulayıb.

Prezident İlham Əliyev vurğulayıb ki, bu günə qədər ABŞ administrasiyasından yeganə mesaj ABŞ Prezidenti Cozef Baydenin Novruz bayramı münasibətilə təbriki olub: “Ancaq mahiyyət etibarilə bu yeganə mesaj idi”.

***

“Ermənistanda çoxlu ideoloji doqmalar var və Türkofobiya artıq milli siyasət olub, onlar hətta reallıq hissini də itiriblər. Bildiyim qədərilə Türkiyə hökuməti çox konstruktiv yolla addımlar atmağı planlaşdırır, ancaq, əlbəttə, onlar adekvat cavab verməlidirlər. Ermənistan ilk olaraq nə etməlidir? Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər, Konstitusiyanı yenidən yazmalıdırlar, yeni Konstitusiya qəbul etməlidirlər. Mən onlara Türkiyəyə olan ərazi iddialarını Konstitusiyadan çıxarmaq üçün yaxşı məsləhət verə bilərəm. İnanmıram ki, hansısa ölkənin Konstitusiyasında başqa ölkəyə qarşı ərazi iddiaları var. Düşünürəm ki, bu, çox qeyri-adi haldır”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı ermənilərin qondarma “soyqırım”la əlaqəli saxta tarixlərinin gerçəkliklə heç bir əlaqəsi olmadığını bildirib: “Bu müharibə idi, insanların bir-biri ilə, ölkələr bir-biri ilə vuruşduğu bir vəziyyət idi, ancaq sonra barışıq oldu. O dövrdə Ermənistanın təkcə Osmanlı İmperiyası ilə deyil, digər qonşularla da çətinlikləri var idi. Türkiyə hökuməti bir neçə dəfə bu məsələyə obyektiv, qərəzsiz baxmaq üçün birgə tarixçi qrupların yaradılmasını açıq şəkildə təklif etdi. Lakin ermənilər etiraz etdi, çünki onların siyasi divident əldə etmək üçün bu saxta tarixə ehtiyacları var. Bildiyiniz kimi, bu gün biz  əlaqələrin, xüsusilə də Zəngəzur dəhlizinin açılmasını müzakirə edirik. Zəngəzur koridoru Türkiyənin razılığı və iştirakı olmadan açıla bilməz. Türkiyə üç ölkənin baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupunun iştirakçısı deyil. Ancaq müzakirə etdiklərimiz məsələlərə dair Türkiyəyə tərəfimizdən məlumat verilir. Ermənistan əlaqələrlə bağlı çətinliklərə son qoymaq, tranzit ölkəyə çevrilmək istəyirsə, bunu yalnız Türkiyə təmin edə bilər. Ermənistan tranzit ölkəyə çevrilmək üçün hər hansı fürsət istəyirsə, ünsiyyətdəki çətinliklərə son qoymaq istəyirsə, bunu yalnız Türkiyənin təmin etməsi mümkündür. Bildiyim qədərilə Türkiyə hökuməti buna hazırdır. Top yenidən Ermənistan tərəfindədir”. 

***

“Biz gözləyirik ki, ATƏT-in Minsk qrupu regionda dinc həyatın daha da nizamlanması üzrə öz təkliflərini təqdim edəcək. Hesab edirəm elə sahələr var ki, onlar orada münaqişədən sonrakı vəziyyətə təsir göstərməkdə rol oynaya bilərlər. Münaqişənin həllinə kömək edən qrup kimi yox, çünki münaqişə artıq həll olunub”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

"Ermənistan ilə sülh razılaşmasından danışanda, - əgər Ermənistan bu variantı nəzərdən keçirəcəksə, - burada beynəlxalq aktorlar üçün çoxlu fəaliyyət sahələri yarana bilərdi - demarkasiya, delimitasiya, qarşılıqlı fəaliyyət. Ümidvaram ki, Minsk qrupunun nümayəndələri tezliklə Azərbaycana bir sıra təkliflərlə gələcəklər və biz bu təklifləri diqqətlə öyrənəcəyik”, - deyə dövlət başçısı qeyd edib/APA.

img
Digər xəbərlər
SON XƏBƏRLƏR