Lavrovdan Xəzərlə bağlı açıqlama: “Rusiya İrandan bu Konvensiyanı tezliklə ratifikasiya etməsini gözləyir”

img

08-04-2021 [12:25]


“Rusiya İranın Xəzərin hüquqi statusu ilə bağlı 2018-ci ildə imzalanan Konvensiyanı tezliklə ratifikasiya etməsini gözləyir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Muxtar Tleuberdi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“İranda Xəzərin hüquqi statusu ilə bağlı ratifikasiya prosedurunun bir an əvvəl bitməsini gözləyirik. Üç il bundan əvvəl Aktauda imzalanan vacib Konvensiya bununla qüvvəyə minəcək və Xəzər dənizində əməkdaşlığımızın özülünü möhkəmləndirəcək”, - deyə Rusiya XİN başçısı vurğulayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:15 12.07.2025

Sabah isti hava olacaq