Rusiya Silahlı Qüvvələri döyüş hazırlığına gətirilir

img

06-04-2021 [17:58]


Rusiya Silahlı Qüvvələrində döyüş hazırlığının yoxlanılmasına başlanılıb.

Bu barədə Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu müşavirədə bildirib.

Onun sözlərinə görə, qoşunlar taktiki, taktiki-xüsusi və ikitərəfli təlimlər üçün poliqondadırlar.

Məlumata görə, aprel ayı ərzində 4048 müxtəlif miqyaslı təlim keçiriləcək.

Bildirilib ki, təlimlər bütün Hərbi Dairələri və Şimal flotunu, eyni zamanda, Kuril adalarını, Uzaq Şimal bölgəsi və Kamçatkanı əhatə edir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA